Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Prosport.Az xəbər verir ki, günün yeganə oyunu Sumqayıtda keçirilib.
Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edib. Görüş “gənclik şəhəri” təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qonaqlardan qolları Vüsal Məsimov, Mate Kvirkviya və Rüfət Əhmədov vurublar. Sumqayıtlılardan isə İsa Suliman fərqlənib.
Bu qələbədən sonra xallarını 26-ya çatdıran “Kəpəz” 9-cu pillədə qərarlaşıb. 36 xalı olan "Sumqayıt" isə ikincidir.
Qeyd edək ki, turun digər oyunları martın 2-3-də keçiriləcək.

