AFFA-da Rövnəq Abdullayev dönəmi bitir.
Prosport.Az "futbolinfo"ya istinadən xəbər verir ki, o bu ay baş tutacaq növbəti seçkilərdə namizəd olmayacaq.
Rövnəq Abdullayev bu gün Gəncədəki akademiyanın açılışında bu barədə danışıb. 2008-ci ildən AFFA prezidenti olan funksioner qarşıdakı Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcəyini bildirib.

