Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Hər şey "Şaxtyor"un verəcəyi qərardan asılıdır" - Kaşşuk
    29.05.2023 14:42:35

    "Sabah"ın futbolçusu Aleksey Kaşuk 2022/2023 mövsümünün mükafatlandırılma mərasimindən sonra jurnalistlərə müsahibə verib. 

    Prosport.az saytının əməkdaşının da suallarını cavablandırmış ukraynalı yeni mövsümə Azərbaycanda başlayıb-başlamayacağı barədə danışıb. 

    - "Sabah" cari mövsümü gümüş medalçı kimi başa vurdu. Hər şey istədiyiniz kimi alındı?

    - Mövsüm komandamız üçün uğurlu keçdi. Ötən mövsümü beşinci pillədə başa vurmuşduq. Ancaq bu mövsümü gümüş medallar qazandıq. Turnir cədvəlində yüksəlməyi bacardıq. Son turlara qədər çempionluq mübarizəsi apardıq. Qarşıdakı mövsüm komandanın heyəti saxlanılıb, yeni, keyfiyyətli futbolçular cəlb olunarsa, çempionluq uğrunda da yarışmaq şansımız yaranacaq. 

    - Mövsümün gedişində ən çox müzakirə olunan mövzu komandada qalıb-qalmayacağınla bağlı idi. "Sabah"da qalırsan?

    - Bu barədə indi bir söz deyə bilməyəcəm. "Şaxtyor"la müqaviləm var. Hər şey onların verəcəyi qərardan asılı olacaq. Mən Azərbaycanı və "Sabah"ı bəyənirəm. Burada oynamaq mənə xoşdur. Komanda gələcək mövsüm avrokuboklarda Azərbaycanı təmsil edəcək. Bura qayıtmağım baş tutmasa, "Sabah"a uğurlar arzulayacam, onlara azarkeşlik edəcəm. Amma qayıtmaq alınsa, çox şad olacam. 

    - "Şaxtyor" rəhbərliyinə "Sabah"da qalmaq istədiyini deyə bilməzsən?

    - Təbii ki, "Şaxtyor" rəhbərliyi ilə söhbət edəcəyik. Gələcək karyeramın uğurlu olması adına addımlar atacağıq. Necə olacağını zaman göstərəcək.

    - "Sabah" avrokuboklarda uğurlu çıxış edə bilər?

    - Yayda məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdan ibarət idi. Sona bir neçə tur qalmış məqsədimizə çatdıq. Şadam ki, "Sabah" avrokuboklarda iştirak edəcək. Ümid edirəm ki, püşkatmada bəxtimizə yaxşı oynayacağımız və mərhələni keçə biləcəyimiz rəqib çıxacaq. 

    - Yeri gəlmişkən, yayda U-21 yığmalarının Avropa çempionatı keçiriləcək. Orada da Ukrayna yığmasıında çıxış edəcəyini nəzəər alsaq, çətin olmayacaq sənə?

    - Məşq etməkdənsə, daha çox oyun oynamaq həmişə xoşdur. Ukraynanı təmsil etmək mənim üçün böyük fəxr olacaq. 

    - "Şaxtyor" sənə görə "Sabah"dan beş milyon avro tələb edib?

    - Bu barədə məlumatım yoxdur. Kimsə beş, kimsə bir milyon avro yazar. İstənilən halda, hər şey "Şaxtyor"un verəcəyi qərardan asılıdır. Kluba rəsmi təklif göndəriləcəksə, onlar baxacaqlar. "Şaxtyor"un məni hansı qiymətə satmaq istədiyinə gəldikdə, bu onların biləcəyi məsələdir. 

    Müsahibə

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46

    Erməni cüdoçudan Bakıda tərbiyəsizlik

    9.10.2026 15:16:18

    "Araz-Naxçıvan" - "Kəpəz": HEYƏTLƏR

    9.10.2026 14:50:28

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında medalsız qaldı - YENİLƏNİB

    9.10.2026 14:09:24

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved