Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qəbələ"nin yeni baş məşqçisi and içdi
    28.02.2024 22:21:47

    "Qarabağ"ı Avropa Liqasında qazandığı nəticəyə görə təbrik edirəm. 10 nəfərlə "Braqa"ya qarşı yaxşı mübarizə apardılar. Futbol 90 dəqiqə oynanılır. İlk 45 dəqiqədə yaxşı çıxış etdik. Daha sonra azlıqda qaldıq. İki gündür gəlmişik. Çalışdıq ki, bütün oyunçulara şans verək. Bu gün ilk hissədə göstərdiyimiz oyunu digər matçlarda 90 dəqiqə göstərsək, yaxşı nəticələr olacaq. Bəzi qol imkanlarımız var idi. Rəqibə üç qolu hədiyyə etdik. "Qarabağ" səhvləri bağışlamır".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadaze Premyer Liqanın XXIII turunun "Qarabağ"la təxirə salınmış oyunundan (0:4) sonra deyib.

    Gürcüstanlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    - İlk matçın "Qarabağ"a qarşı olması planlarınıza nə dərəcədə mane oldu?

    - Gec-tez onlarla oynayacaqdıq. Düşünürəm ki, komanda yaxşı pressinq etdi. Oyunçular başa düşməlidir ki, "Qəbələ" böyük klubdur, burada hər şey yüksək səviyyədədir. Bura gəlmişik ki, komandanı hazırkı vəziyyətdən çıxaraq. İlk hissə yaxşı idi, ikinci hissədə rəqibə üç qol hədiyyə verdik. Necə ola bilər ki, öz qapında təhlükə yaradırsan və rəqib gəlib qol vurur? "Qarabağ"a qarşı çoxlu qol imkanları yaratmaq çətindir. Bu oyunu unutmalıyıq.

    - 5-4-1 sistemini Azərbaycanda ən yaxşı tətbiq edən məşqçilərdən olmusunuz. Bu sistemi "Qəbələ"də oturtmaq üçün sizə nə qədər vaxt lazım olacaq?

    - İlk 45 dəqiqədə bu sistemi görə bildim. Amma bunu 90 dəqiqə etmək lazımdır. "Qarabağ"a qarşı bunu etmək bir az çətindir. Azərbaycanı çox sevirəm, burada gözəl vaxtlarım olub.

    - "Qəbələ"yə elə vaxtda gəldiniz ki, "transfer pəncərəsi" də bağlanıb. Şəxsi əlaqələriniz hesabına komandaya azad agent statusunda olan futbolçular dəvət edə bilərsiniz?

    - Hər şeyə hömətlə yanaşırıq. And içə bilərəm ki, mənə "Qəbələ"dən zəng son məğlubiyyətdən sonra gəlib. Orada da maddiyat söhbəti olmadı. Bura gəlmişəm ki, vəziyyəti düzəldim. Komandanın 5 oyununu izləmişəm. İki gündür çalışırıq. Bunun da nəticəsini az da olsa, görə bildik. İşləmək, işləmək və işləmək lazımdır.

    - Azərbaycanda olmadığınız 10 il ərzində nələr dəyişib?

    - Bura mənim üçün doğma yerdir. Səkkiz il Azərbaycanda çalışmışam. Həmişə çempionatı izləmişəm. "Qarabağ"ı bir kənara qoyaq, onlar başqa səviyyədir. İki oyun da udsalar, çempion olurlar. Ölkədə infrastruktur inkişaf edib, yaxşı meydançalar var. Yaxşı stadionların çox olması futbolun inkişafı üçün vacibdir.

    - 1,5 illik müqavilə imzalamısınız. Komanda Premyer Liqanı tərk etsə, burada qalacaqsınız?

    - Bu sual mənə əvvəl də verilib. Çox xahiş edirəm ki, məni düzgün başa düşün. İnanın ki, bu barədə heç fikirləşməmişəm. Bu gün ancaq pozitiv düşünürəm. İnanıram ki, komandanı bu vəziyyətdən çıxaracağıq.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved