Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sxadadzeyə qarşı oynamaq maraqlı və gərgin olacaq" - Qurban Qurbanov
    28.02.2024 22:10:02

    "Futbolçularımı təbrik edirəm. İki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. İlk hissə bizim üçün asan olmadı. Kaxaberə uğurlar arzulayıram. Ona qarşı oynamaq həm maraqlı, həm də gərgin olacaq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunun "Qəbələ" ilə təxirə salınmış oyunundan (4:0) sonra keçirilmiş mətbuat konfransında deyib. 

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - "Neftçi" ilə matçda "Bayer"lə oyunun heyətini meydanda görə bilərik?

    - Ola bilər. Çox ehtiyat edirik. Futbolçularda yorğunluq var. Çox güc sərf ediblər. "Neftçi" və "Bayer"lə oyuna kimi hamı bərpa olacaq.

    - Juninyunun durmu ciddidir?

    - Tam ciddi deyə bilmərəm. Amma böyük ehtimalla problem olacaq. Sabah dəqiq bilinəcək.

    - Kaxaber Sxadadzeni illər sonra görmək sizdə hansı təəssüratları yaratdı?

    - Onu görmək maraqlı və çox xoş oldu. Onun komandalarına qarşı hazırlaşmaq üçün həmişə çox vaxt sərf etmişəm. İlk hissədə göründü ki, o qədər də asan olmayacaq. 

    - Nəriman Axundzadənin daha da inkişaf etməsi üçün onu Avropaya göndərmək olar?

    - Mənim təcrübəm onu deyir ki, gənc futbolçuların "Qarabağ"da oynaması onların inkişafını tezləşdirir. Başqa mentalitetdə olan futbolçulardır. Bu gün Avropaya getməkləri tezdir. Getsələr, onların inkişafı dayana bilər. 2-3 il burada böyük oyunlarda iştirak edib Avropaya getsələr, daha yaxşı olar.

    - Mahir Emreli təcrübəsini nəzərdə tutursunuz?

    - Tək Mahir yox. Musa da, Ramil də gedib. Çox futbolçu "Qarabağ"da daha çox inkişaf edir, nəinki Avropa klublarında. Legioner həyatı yaşamaq hər futbolçu üçün asan deyil. Onların tələblərinə, yaşam tərzinə uyğunlaşmaq çətindir.

    - Bəhlul Mustafazadənin yayda Avropaya gedəcəyi deyilir. Siz bu haqda nə deyə bilərsiniz?

    - Yazılar yazılır, mənim məlumatım yoxdur. Dəfələrlə demişəm ki, insan öz işini düzgün dəyərləndirməlidir. Gedəndən sonra 1-2 ay partlayış olur, sonra zəifləyirlər. Onların daim oynaması lazımdır. Futbolçular olub ki, "Qarabağ"da çıxış edəndə milli komandanın əsas üzvü idilər, gedəndən sonra 10-15 dəqiqə oynayırlar. Tək oyunçu yox, onun yaxınları da düzgün qərar qəbul etməlidir. Biz özümüz də belə hallara məsuliyyətlə yanaşmalıyıq. Çünki, onlar Azərbaycan futbolunun simalarıdır.

    - Sizcə, Premyer Liqadan düşmək ləğv olunmalıdır, yoxsa idman prinsipləri qorunmalıdır?

    - Komanda sayını artırmayacaqlarsa, qaydalara riayət etmək lazımdır. Əvvəllər mən İcraiyyə Komitəsinin üzvü olanda da bu məsələ müzakirə olunmuşdu. Mən o fikirdə qaldım ki, idman prinsipləri qorunmalıdır. Birdəfəlik sistem qurmaq lazımdır. Hamı bilməlidir ki, nə üçün mübarizə aparır. Aşağı liqanı da yaxşılaşdırmaq lazımdır.

    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved