Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda "Qəbələ"nin qonağı olan "Qarabağ" ciddi itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, Ağdam klubunun hücumçusu Juninyu zədələnərək meydanı tərk edib. Braziliyalı futbolçunu 40-cı dəqiqədə Leandru Andrade əvəzləyib.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

