Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onu tənqid edənlər indi yoxa çıxıb" – Lunyovun meneceri
    27.02.2024 16:57:48

    “Hazırda Lunyov Rusiyanın ən yaxşı qapıçısı hesab olunur. O, bu mövsüm karyerasının yüksəliş dövrünü yaşayır”.

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qolkiperi Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına açıqlamasında deyib.

    O bildirib ki, Rusiya millisi 32 yaşlı qolkiperi yaxından izləyir: “Yığmamızın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Andrey ilə daim əlaqə saxlayır. O, ümumiyyətlə, bütün qapıçıları analiz edir. Andreyin oyunlarını Kafanovla müzakirə edirik və o həmişə müsbət rəylər verir. Lunyovun millimizin Serbiya və Paraqvayla matçlara çağırılıb-çağırılmayacağı barədə isə məlumatım yoxdur. Buna məşqçilər korpusu qərar verəcək. Lakin namizədlər siyahısında olduğunu dəqiqliklə deyə bilərəm. Çünki “Qarabağ”la birlikdə UEFA Avropa Liqasının 1/8 finalına yüksəldi. Komandamızın çalışdırıcısından bu barədə soruşmağı qeyri-etik hesab edirəm. Ötən ilin noyabr ayında millinin oyununa dəvət almışdı, lakin Almaniyanın “Bayer” klubunda aldığı zədə səbəbindən heyətdə iştirak edə bilmədi. Amma indi hər şey qaydasındadır. Yaxşı ki, özünü toparladı və tez sağaldı”.

    Smirnovun sözlərinə görə, rusiyalı qapıçı Ağdam təmsilçisinin heyətində keçirdiyi 22 qarşılaşmanın heç birində kobud səhvə yol verməyib: “Nə çempionatda, nə də avrokuboklarda “Qarabağ”ın xal itirməsinə səbəb olacaq bir səhv etməyib. Bu görüşlərin hamısında 7-dən çox reytinq aldı. Qurtarışların sayına görə UEFA reytinqində isə 1-ci pillədədir. O, “Qarabağ”a keçmədən öncə tənqidlər olduqca çox idi. Buna görə qınayanlar da var idi. Lakin indi onu tənqid edənlər yoxa çıxıb. Həmin şərhçilər mənfi fikir bildirmək üçün Andreyin kiçik bir səhvini gözləyir. Sevindirici haldır ki, hazırda müsbət fikir bildirənlər çoxluq təşkil edir. Əslində, onun çıxışını müzakirə etmək düzgün deyil. Çünki nəticələr və statistika göz qabağındadır. Lunyovun “Qarabağ”a gəlişi ilə klub özünü matçlarda daha inamlı hiss edir”.

    Qeyd edək ki, Andrey Lunyov bu mövsüm "Qarabağ"ın heyətində 22 oyun keçirib, 29 qol buraxıb, 7 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved