İsveç millisinin futbolçusu Kristofer Olson reanimasiyaya yerləşdirilib.
Prosport.Az xəbər verir ki, evində huşsuz vəziyyətdə tapılan 28 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya köçürülüb.
Süni tənəffüs aparatına qoşulan oyunçunun müalicəsi davam etdirilir. Onun çıxış etdiyi Danimarkanın "Midtülan" komandası futbolçunun beyinlə əlaqəli probleminin olduğunu bildirib.
Qeyd edək ki, İsveç yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqibidir. Komandalar arasında ilk oyun sentyabrın 5-də, 2-ci matç isə noyabrın 19-da keçiriləcək.

