İsveç milli komandasının yeni baş məşqçisi bəlli olub.
Prosport.az xəbər verir ki, bu milliyə bu ay İngiltərənin "Bləkbörn" komandasından ayrılmış danimarkalı məşqçi Yon Deyl Tomason rəhbərlik edəcək.
“Milan”ın sabiq forvardı DÇ-2026-nın seçmə mərhələ oyunları ərəfəsində İsveçi çalışdıracaq. O, martın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, Slovakiya, Estoniya ilə yanaşı İsveç də milli komandamızın UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

