Azərbaycan Premyer Liqasının XXV turunda keçiriləcək “Sumqayıt” – “Kəpəz” oyununun başlama saatı dəyişdirilib.
Prosport.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 16:00-da deyil, 19:00-da start götürəcək.
Qeyd edək ki, görüş martın 1-də keçiriləcək.

