Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Bu təyinat bəzi qüvvələrin AFFA-da son günlərini yaşadıqlarına işarədir – YAZI
    26.02.2024 13:52:42

    "Qəbələ"nin Kaxaber Sxadadzeni baş məşqçi təyin etməsi bir qədər gözlənilməz xəbər oldu. Təyin olunan məşqçinin adı və bağlanılan müqavilənin müddəti (1,5 il) həm klubun, həm də bütövlükdə Azərbaycan futbolunun gələcəyi ilə bağlı müəyyən təhlillər aparmaq imkanı verir. Mövsümün əvvəlində "Qəbələ"nin prezidenti Fariz Nəcəfov verdiyi müsahibəsində demişdi ki, oyunçularla uzun müddətli müqavilə imzalamamalarının səbəbi klubun məhdud maliyyə imkanlarına sahib olması və dövlətin ayırdığı vəsaitdən asılı olmasıdır. Klubun I diviziona düşmə ehtimalının olması da bunun səbəblərindən biri idi. Əgər bu baş verərsə, klub dövlətin ayırdığı 3 milyon manatdan məhrum olacaq və avtomatik uzun müddətli müqavilələri olan futbolçulara ödəməli olduqları əməkhaqları ödəyə bilməyəcəkdi. Lakin Kaxanın təyinatı vəziyyətin dəyişməsinə işarədir.

    Gürcü mütəxəssisin qısa müddət ərzində nəticələri düzəldəcəyi və aradakı 8 xallıq fərqi qapadacağı inandırıcı görünmür. Yəni komandanın bu mövsüm APL-də yerini qoruyacağı ehtimalı çox azdır. Onun uzun müddət tanıdığımızdan iddiasız və növbətti mövsümdən I divizionda çıxış etmək ehtimalı yüksək olan bir kluba rəhbərlik etməyə razı olmayacağını da bilirik. Üstəlik bağlanılan müqavilənin müddətinə əsaslanaraq deyə bilərik ki, Kaxanın təyinatı bu mövsümə yox, növbətti mövsümə hesablanıb.

    Eyni zamanda bilirik ki, hazırda Azərbaycan klubları 2 hissəyə bölünüb: hazırkı AFFA rəhbərliyi tərəfindən nəzarət edilən klublar və müstəqil klublar. Birincilər futbolumuzu idarə edənlərin sevimliləri, ikincilər düşmənləridir. Hakimlərin klublara olan münasibətlərindən bunu sezmək olar. "Qəbələ" ikincilərin sırasındadır. Yuxarıda qeyd etdiklərimə əsaslanaraq bəzi iddialar irəli sürmək olar. Bir müddətdir ki, növbətti mövsümdən APL-dəki klubların sayının artırılacağı, 12 və ya 14-ə çatdırılacağı, APL-i heç bir klubun tərk etməyəcəyi, əvəzində isə diviziondan yüksək liqaya 2 və ya 4 klubun qalxacağı iddia edilir. "Qəbələ"nin bu təyinatına əsaslanaraq bu iddiaların doğru olması ehtimalının yüksək olduğunu təxmin edə bilərik.

    Bundan başqa, ötən mövsüm sonunda "Qəbələ"nin maliyyə imkanlarının artacağı ilə bağlı proqnozlar var idi. Bəzi mənbələr Tale Heydərovun yenidən klubun büdcəsini əhəmiyyətli dərəcədə artıracağı, digərləri Qətərdən olan sponsorların klubu satın alacağını iddia edirdi. Lakin bunların heç biri baş vermədi və yuxarıda qeyd etdiyim kimi, bu mövsümün əvvəlində klubun prezidenti Fariz Nəcəfov müsahibəsində klubun maddi imkanlarının yüksək olmadığını dedi. Amma Sxadadze çapında bir məşqçi ilə uzun müddətli müqavilənin bağlanması, ötən mövsümün sonunda klubun gələcəyi ilə bağlı iddiaların doğru olması ehtimalını artırır.

    Bu təyinat bütövlükdə Azərbaycan futbolunun gələcəyi barəsində də müəyyən fikirlər irəli sürməyə şərait yaradır. Martda AFFA-da prezident seçkiləri baş tutacaq. Bu seçkilərə ümidlər böyükdür. Seçki nəticəsində Azərbaycan futbolunu 10 ildən çoxdur ki, məhv edən, müstəqil klublara rahat nəfəs almağa imkan verməyən adamların nəhayət ki futbolumuzdan gedəcəyinə və sağlam qüvvələrin futbolumuza rəhbərlik etməyə başlayacağına ümidlər böyükdür. Hələ ki rəsmi şəkildə heç kim öz iddiaları haqqında danışmasa da, mətbuatda AFFA-nın növbəti prezidenti olmaq iddiasında olan bir neçə nəfərin adı çəkilir.

    Yuxarıda qeyd etdiyim kimi, "Qəbələ" AFFA-dakı mövcud hakim qüvvələrin sevmədiyi klublardan hesab edilir. Kaxanın təyinatı bu qüvvələrin AFFA-da son günlərini yaşadıqlarına bir işarə ola bilər. Bütövlükdə Sxadadze təyinatı həm "Qəbələ", həm futbolumuz adına müsbət siqnallar ötürür. "Qəbələ" yarandığı gündən Azərbaycan futbolunun ən perspektivli layihəsi idi. Sadəcə, klubun çempionluq mübarizəsinə girişməyə tələsməsi sonda mənfi nəticələrə səbəb oldu və mövcud durum yarandı. Bundan başqa, mövcud futbol "başbilənlər"imizin müstəqil klublara vurduqları badalaqlar da öz rolunu oynadı. Eyni zamanda rayon əhalisinin kluba az diqqət göstərməsi də klubun layihələrinin yarımçıq qalmasına səbəb oldu. Düşünürəm ki, klub ad seçimində də yanlışlığa yol verib. Futbol klubuna sırf bir rayonun adının verilməsi onun azarkeş kütləsinə ciddi təsir göstərir və onu bir rayon çərçivəsində lokallaşdırır.

    Ümid edirəm ki, əgər yuxarıda yazdığım ehtimallar doğrudursa, "Qəbələ" rəhbərliyi keçmişdəki səhvlərini təkrarlamaz və bu dəfəki "Qəbələ" layihəsi qısamüddətli yox, ömürlük olar. Sonda onu qeyd etmək istəyirəm ki, futbolumuzun gələcəyinə ümidlər böyükdür. "Qarabağ"ın uğurları, "Turan Tovuz", "Sabah" (hazırda onlar da "Qəbələ"nin keçmişdə buraxdıqları səhvləri təkrarlayır), "Qəbələ" layihələri. Bu proseslərin yarımçıq qalmaması, futbolumuzun inkişaf yolu tutması üçün yalnız bir şey lazımdır. Mart ayında doğru seçim etmək. Əgər seçim doğru edilərsə, yaxın 10 ildə həm klublarımızın, həm yığmamızın, həm də futbolçularımızın beynəlxalq arenada böyük uğurlar qazanması getdikcə artacaq və Azərbaycan futbolu dünya futbolunun aparıcı qüvvələrindən birinə çevrilməyə başlayacaq. İnanın, bu mümkündür.

    İlkin Abbasov

    P.S.

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved