Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Zaur Tağızadə həqiqətən də qızıl oğlandır" – Qurban Qurbanov
    25.02.2024 22:26:20

    "Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardı. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu. Lakin üstünlüyü saxlaya bildik. İlk yarı qapalı oyun oldu, 2-ci hissə daha açıq oyun getdi. Yaxşı, sürətli hücumlar gördük. Samir Abasova uğurlar arzulayıram".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIV turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – "Qəbələ" ilə oyunun təxirə salınması daha yaxşı olmazdı?
    – 
    Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Bundan əvvəl də bizə lazım idi, yəni "Braqa" ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu oyunu təxirə salsınlar. Proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, "Qəbələ" ilə oyuna gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki "Braqa" ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var. Futbolçular tam bərpa olunmayıb. Başqa qərar qəbul olunubsa, gedib "Qəbələ" ilə oynamalıyıq.

    – "Neftçi" ilə oyunun təxirə salınması üçün müraciət edəcəksiniz?
    – 
    Həm "Neftçi", həm də "Qəbələ" ilə oyun təsdiqlənib. 2 oyunun təxirə salınmasının çətin olduğunu dedilər.

    – "Bayer"in düşərgəsində oldunuz və Şabi Alonso ilə görüşdünüz. Oradakı söhbətlərinizdə Alonso komandasının hansısa zəif və güclü tərəfləri barədə sirləri sizə açmadı?
    – 
    Daha çox nəyə üstünlük verməsi ilə bağlı söhbətimiz oldu. Bəzən oyunun gedişatında oyun üslubunda dəyişiklik edir. Bunu analizlərdə görmüşdük, oyunlarına çox baxmışdıq. Almaniyadakı matçda fərqli tələbləri var idi, Bakıdakı görüşdə fərqli. Düşündüklərimiz var idi, onu özü də dedi. Futbolun dili birdir. Oyunçuların ustalıq səviyyəsi, oyun sürəti, il boyu o tempə dözmək... Bu daha üstün cəhətdir.

    – Türkiyə mətbuatında yayılan xəbərlərə görə, "Fənərbağça"nın skautları Juninyunu stadiondan izləyib. Bununla bağlı sizə müraciət olub?
    – 
    Xeyr.

    – Rəqiblərin sizə qarşı dişsiz olması, komandanıza nə qədər ziyandır? Demək olar ki, çempionatda rəqibiniz yoxdur...
    – 
    Mənim üçün cavab vermək çətindir. Biz bu çempionata, oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan dərəcədə, qaydada hazırlayırıq. Azərbaycan futbolu üçün daha da böyük çempionat olsa, biz qarışıq hamı güclənsə, azarkeş üçün maraqlı olar. Amma bugünkü potensialımız budur və bununla da razılaşmalıyıq.

    – Oyunlarda azarkeş sayının çox olmaması sırf çempionatın səviyyəsinin aşağı olması ilə əlaqədardır?
    – 
    Azarkeş stadionda olanda, oyunlar gözəl, daha yaxşı görünür, futbolçular da aktiv olur. Futbolun səviyyəsini qaldırmaq üçün azarkeş amili böyük rol oynayır. Futbolçu potensialından daha artığını etməyə çalışır. Azarkeşlər gəlsə, hamımız sevinərik. Oyunçular daha çox qol vurmaq istəyər. Amma əfsuslar olsun ki, vəziyyət belədir.

    – Adama Diakabiyə yerli çempionatda maksimum şans verirsiniz. Onun göndəriləcəyi gündəmdədir?
    – 
    Bizim tərəfimizdən iddia olmayıb. Biz klub, məşqçi olaraq, ona heç nə deməmişik. Sadəcə, mətbuatda "Qarabağ" onu göndərmək istəyir" deyə, yazılar çıxmışdı. Bu da məlumdur. Az oynayırdı, az şans qazanırdı, Avropa Liqasının siyahısına salmadıq deyə, belə fikirlər formalaşdı. Lakin Adama bizim futbolçumuzdur, onunla mövsümün sonuna qədər müqaviləmiz var. Ona görə gündəmdə belə bir şey yoxdur.

    – "Braqa" ilə Bakıdakı oyundan sonra köməkçiniz Elçin Rəhmanovu tərifləmişdiniz. "Qarabağ"ın uğurlarında 4 gün əvvəl 45 yaşını qeyd edən Zaur köməkçiniz Zaur Tağızadənin də rolu var. Lakin o, mətbuata qapalı insandır. Bunun səbəbini özündən soruşmusunuz? 
    – 
    Elə ona görə də qızıl oğlandır (gülür). Həqiqətən belədir. Hamı onun xətrini çox istəyir. Bilirəm ki, siz də onun xətrini istəyirsiniz. Futbolçu vaxtlarında da müsahibələrini nadir vaxtlarda görürdüm. Hərənin öz işi var. Sizlərə müsahibə lazımdırsa, mən verirəm, nə sualınız varsa, verin (gülür). Onlar da öz işləri ilə məşğul olsun. Bilmirəm, müraciət etmisiniz? Məncə, yox deməz, problem olmaz.

    – Səsiniz tutulub. Bu, avrokuboklardakı sevinclə bağlıdır, yoxsa xəstələnmisiniz?
    – 
    Bilmirəm (gülür). Amma nə olubsa, o oyunda olub. Özümü yaxşı hiss edirəm.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved