Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ofsayd xəttini necə çəkdilər, bilmirəm" – Ayxan Abbasov
    24.02.2024 17:45:15

    "Evdə oynayırdıq, qələbə qazanmaq istəyirdik. Futbolçularıma təşəkkür edirəm. Sona qədər mübarizə apardılar, təslim olmadılar. Azarkeşlərimiz hər rəqibə Tovuz səfərini hiss etdirirlər. Hər iki komanda qalib gəlmək istəyirdi. Rəqibin fərdi keyfiyyətləri yaxşı olan futbolçuları var. Ofsayd xəttini necə çəkdilər, bilmirəm. Filip Ozobiç öndə görünürdü. "Neftçi" ilə matçda məğlub olmamaq önəmli idi. Çempionat gərginləşir. Sona qədər bu gərginliyin içində olmaq istəyirik".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXIV turunun “Neftçi” ilə görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    – Bu gün son vaxtlar az oynayan futbolçulara şans verdiniz. Onların performansını necə dəyərləndirirsiniz?
    – Heyəti qurmaqda çətinlik çəkirəm. Yaxşı rəqabət var. Əsas heyətdə olmayan futbolçular çox istəkli idi. Bu gün sonradan meydana daxil olanlar can qoydular. Komanda belə olmalıdır. Belə olanda nəticəyə təsir edir. Qarşıdakı oyunlarda da rotasiyalar olacaq.

    – Son dəqiqələrdə rəqib baş məşqçi ilə aranızda gərginlik yaşandı və hər ikiniz sarı vərəqə gördünüz. Orada nə baş vermişdi?
    – Yəqin ki, hakimə düzgün məlumat vermədilər. Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Çox mədəni insandır. Hakim elə başa düşdü ki, biz mübahisə edirik.

    – "Neftçi"dən icarəyə götürdüyünüz 3 futbolçuya şans verdiniz. Onları meydana buraxmaq riskli deyildi?
    – Xeyr, riskli deyildi. Onlarda ikiqat motiasiya var idi. İstəkləri görünürdü. Hər birinin yaxşı potensialı var.

    – Fərid Nəbiyevə son zamanlar az şans verməyinizin səbəbi nədir?
    – Bu gün qol vurdu, sual verilir. Amma 4-5 turdur ki, Ayxan Hüseynov qollar vururdu, bu suallar olmurdu. Səbəbi odur ki, onun yerinə oynayan futbolçu yaxşı çıxış edirdi. Rəqabətdir. Fərid bir az öz formasından aşağı çıxış edirdi. Amma onun potensialı var. Milli komandada oynamalı oyunçudur. Üzərində işləməlidir. Qol duyumu olan futbolçudur. Ondan çox şey gözləyirik.

    – Oyun zamanı çox aqressiv idiniz. Bəzən özünüzü azarkeş kimi aparırdınız. Bunun səbəbi nə idi?
    – Ola bilər. İstəyirdik ki, futbolçulara qələbə ruhunu verək. Məğlub olmaq istəmirdik. Bəzən özümüz də oyunun içində oluruq, hər şeyə reaksiya veririk. Bu da oyunun stressindən irəli gələ bilər.

    – "Turan Tovuz"un futbolçuları milli komandaya dəvət olunmur. Bu durumu necə şərh edərdiniz?
    – Yaxşı sualdır. Turnir cədvəli təsir edir. Ötən il də öz klubunda oynamayan futbolçular milliyə dəvət olunurdu. Amma aşağı pillələrdə olan klubların futbolçularına daim diqqət edilmir. Ümid edirəm ki, yeni baş məşqçi bu detala fikir verəcək. Milli komandanın qapıları hər kəsə açıq olmalıdır.

    - Aqil Məmmədovla mübahisə edirdiniz. Nə baş vermişdi?

    - Mübahisə etmirdik. Aqil dedi ki, Qaranın başına nəsə atıbar. Dedim ki, görürük. Azarkeşləri qızışdırmaq olmaz. Amma vəziyyəti normal şəkildə sakitləşdirdik.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved