“Qarabağ” ümumilikdə 70 dəqiqə azlıqda oynadı. Onlara əhsən ki, əlavə vaxtda rəqibi dayandırdılar və qol vurdular. Oyunun hesabı unudulur, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir!"
Prosport.Az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov deyib.
Rusiyalı menecer müştərisi ötən yay "Qarabağ"a keçərkən buna ağız büzənlərin cavabını da verib: "Klubla, Andreylə fəxr edirəm. Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. "Lunyov hara keçir", "bu nə çempionatdır", "bu nə komandadır" deyənlərin hamısına cavab vermək istərdim. Ağzınızı yumun və tabloya baxın. Baxın ki, Lunyov “Qarabağ”la harda oynayır”, - “RB Sport” Smirnovun sözlərini sitat gətirir.
Qeyd edək ki, 32 yaşlı qolkiper ötən ilin yayından sərbəst futbolçu kimi “Qarabağ”la 1 illik müqavilə bağlayıb. Klub ona yeni müqavilə təklif edib. "Transfermarkt" portalına görə, Andrey Lunyovin bazar dəyəri 1 milyon avrodur. O, "Qarabağ"dan əvvəl Rusiyanın "Torpedo", "İstra", "Kaluqa", "Saturn", "Ufa", “Zenit” və Almaniyanın "Bayer" komandalarında çıxış edib.

