2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” hücumameyilli mərkəz yarımmüdafiəçisi Xordan Resabalanın keçidini açıqlayıb.
Prosport.Az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Xordan Resabala son olaraq həmin ölkənin “Qvayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

