Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İlk vaxtlarda Azərbaycan dilini öyrənməyə çalışmadım" – Filip Ozobiç
    22.02.2024 16:00:06

    “Baş məşçqi Miodraq Bojoviçin gəlişindən sonra komandamız daha yaxşı oyun göstərir. İnanıram ki, çalışdırıcımız növbəti qarşılaşmalarda uğur qazanmaq üçün bizə kömək edəcək”.

    Prosport.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Filip Ozobiç mətbuat konfransında deyib.

    Xorvatiyalı yarımmüdafiəçinin sözlərinə görə, komandasının Azərbaycan Premyer Liqasında 2-ci yeri tutmaq şansı var: “Bizim üçün hazırda ən önəmlisi növbəti oyunlara tam hazırlaşmaqdır. Bununla daha yaxşı nəticələr əldə etmək olar. Oynadığım bütün klublarda həmişə öz potensialımın 100%-ni göstərməyə çalışmışam. Hamımız azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik”.

    Azərbaycan millisinin də formasını geyinən oyunçu dilimizi öyrənməyə çalışdığını, lakin hələ sərbəst şəkildə danışa bilmədiyini söyləyib: “Mənim üçün rus dilində danışmaq daha asandır. İlk vaxtlarda Azərbaycan dilini öyrənməyə çalışmadım, çünki gördüm ki, burada rusca danışan insanlar çoxluq təşkil edir. Lakin bu dildə bəzi sözləri bilirəm. Himninizi, demək olar ki, oxumağı bacarıram. Amma bəzi sözləri deməkdə çətinlik çəkməyim normaldır”.

    Futbolçu yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərini də dəyərləndirib: “Qrupumuzdakı komandaların iddialı olduğu qənaətindəyəm. Azərbaycan millisi getdikcə inkişaf edir. Estoniya ilə əvvəllər də oynamışıq. Düşünürəm ki, digər rəqiblərimiz – İsveç və Slovakiya ilə matçlarda yaxşı nəticələr əldə etmək olar”.

    Martın 23-də Rusiyanın “Spartak” (Moskva) klubu ilə Bakıda keçiriləcək yoldaşlıq görüşü haqqında da danışan F.Ozobiç bu komandanın karyerasında xüsusi yeri olduğunu vurğulayıb: “Orada keçirdiyim günləri daima xatırlayacağam. “Spartak” Rusiyanın ən böyük klublarından biridir. Ümid edirəm ki, bu komanda ilə maraqlı qarşılaşma keçirəcəyik”.

    O hazırda “Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emreli ilə Xorvatiyada cəmi 1 dəfə görüşdüyünü əlavə edib: “Mahir mənə orada oynamaqdan razı olduğunu və hər şeyin qaydasında getdiyini bildirdi. Lakin düşünürəm ki, o, hazırkı klubunda hələ potensialını tam göstərə bilməyib”.

    Qeyd edək ki, Filip Ozobiç ötən ilin yayından "Neftçi"də çıxış edir.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved