Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Sabiq "Qalatasaray"lı "Qarabağ"a qarşı oynayacaq?
    22.02.2024 11:45:12

    Bir müddət zədəli olan "Braqa"nın yarımmüdafiəçisi Bruma komandası ilə Bakıya gəlib. 

    Prosport.Az xəbər verir ki, 29 yaşlı futbolçu dizindəki problemlər səbəbindən komandasının son 5 matçını (4-ü Portuliya liqası, 1-i Avroliqada "Qarabağ"la görüş) buraxmalı olub. 

    O, 9 oyuna 5 qolla bu mövsüm komandasının avrokuboklardakı bombardiridir. Portuqaliya millisinin tanınmış üzvü qollardan 2-ni Çempionlar Liqasının qrup, 3-nü təsnifat mərhələsində vurub. O, ÇL-in qrup mərhələsində “Napoli” və Berlin “Union”u ilə oyunlarda qol vurmağı bacarıb. Bruma avrokuboklarda 2 qolun ötürməsini də edib. 

    Sabiq "Qalatasaray"lının bu gün "Qarabağ"la matçda iştirak etmək ehtimalı var.

    "Braqa"nın baş məşqçisi Artur Jorje dünən Bakıda keçirdiyi mətbuat konfransında Brumanın "Qarabağ"la oyunda iştirak edib-etməyəcəyinə dair sualı da cavablandırıb. Mütəxəssisin sözlərinə görə, futbolçu onun bu oyun üçün planları daxilindədir: 

    "O bizimlə istədiyimizdən daha az məşq edib. Çünki fiziki vəziyyəti buna imkan vermirdi. Bununla belə, biz onu bura gətirmişik. Çünki lazım gələrsə, ona arxalana bilərik. O, çox həyəcanlı və motivasiyalıdır. Ona görə ki, uzun müddət oynamayıb. Bruma yenidən oynamaq və komandaya kömək etmək istəyir. Bu səbəbdən onu gətirdik. Düzdür, hazırda Bruma belə səviyyəli matçda fiziki cəhətdən gözlədiyimiz oyunu tam göstərməyə hazır deyil. Amma matça daxil olarsa, onun komandasına kömək etmək gücü var".

    "Braqa"nın kapitanı Rikardu Orta isə zədə səbəbindən bugünkü görüşü buraxmalı olacaq. Artur Jorjenin dediyinə görə, Orta son gunlər özünü yaxşı hiss etmirdi: "Biz düşündük ki, risk etmək lazım deyil. Çünki biz təkcə bu matçı yox, digər oyunları da düşünürük".

    Xatırladaq ki, "Qarabağ" – "Braqa" matçı bu gün yerli vaxtla saat 21:45-də başlanacaq. Bu komandaların Portuqaliyadakı ilk görüşündə Ağdam təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.

    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved