Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Murad Vəliyev Estoniyada klubunu dəyişib.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi "Nomme Yunayted"ə keçib.
Gənc oyunçu bunadək yetirməsi olduğu “Levadiya” klubunda çıxış edib.
Qeyd edək ki, Murad Vəliyev “Kalev” klubunun U-17, U-19 və əsas komandalarının da formasını geyinib.