AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Prosport.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Sabah”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.
“Sumqayıt” – “Turan Tovuz” matçında meydana kənar şəxs daxil olduğu üçün “gənclik şəhəri” təmsilçisi 800 manat cərimə ödəyəcək. Bundan başqa, sumqayıtlıların meydana gec daxil olması səbəbindən 2-ci hissənin startı 4 dəqiqə ləngidiyi üçün klub əlavə 1500 manat ziyana düşüb.