Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Matçı yaxşı notlarla başa vurmaq istəyirik" – Qurban Qurbanov
    21.02.2024 13:16:45

    “Bizim üçün çox vacib və dəyərli oyundur. Fikrimizi tam olaraq rəqibə yönəltmişik”.

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.

    52 yaşlı mütəxəssis bildirib ki, ilk matçın nəticəsi onları aldatmamalıdır: “Cavab görüşündə daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım daha istəkli və soyuqqanlı olacaqlar. Sabahadək vaxtımız var. Matçı yaxşı notlarla başa vurmaq istəyirik. Əlimizdə şans varsa, bundan istifadə etməyə çalışırıq”.

    O, "Braqa"nın böyük klub olduğunu vurğulayıb: "Braqa" böyük klubdur. Azarkeşlərinin qələbə tələb etməsi gözləniləndir. Başqa cür ola bilməz. Çünki onların mərhələ keçmək şansı daha çox idi. "Braqa"nın gücünü bilirik. Onların keyfiyyətinə, bacarığına bələd idik. Qələbə qazanmağımız o demək deyil ki, biz onlardan üstünük. Futbolçulara hələ orada demişdim ki, Bakıdakı qarşılaşmada daha yaxşı oynamalıyıq ki, bu rəqibi üstələyək. "Braqa"nın rəqibə xoş olmayan oyun üslubu, böyük təcrübəsi var. İllərlə bu cür gərgin oyunlar keçiriblər, buna öyrəşiblər".

    Qurban Qurbanov bu cür uğurların Azərbaycan futboluna böyük kömək olacağına inanır: "Azərbaycan futbolunda belə durum yaranıb ki, Avropada istənilən uğur bizim üçün vacibdir. Stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-offda belə qalibiyyətlər futbolçuların, azarkeşlərin inamı üçün önəmlidir. Belə də futbol camiəsi böyüyür, birləşir. Futbol da bunsuz mümkün deyil. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, inanmaqdır. Bunu ən böyük uğur adlandırmaq olar. Amma belə yanaşsaq, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə həvəsli, inamlı oluruq. Təkcə azarkeşlər yox, dövlət orqanları da bu cür matçlara maraq göstərirlər. Bura həmişə böyük komandaların gəlməsini istəmişəm. Bu, bizə inamı artırar. İlk oyunda qalib gəlsək də, hələ mərhələ keçməmişik. Səfərdə qalib gələrək işimizin öhdəsindən gəlmişik. Ancaq bunu davam etdirmək istəyirik".

    Təcrübəli mütəxəssis komandanın ildən-ilə daha yaxşı olmaq üçün çalışdığını sözlərinə əlavə edib: "Daxili çempionatda nə qədər yaxşı performans göstərsək, Avropa arenasında da bir o qədər uğurlu olarıq. Mövsümün əvvəlində "mütləq bu mərhələyə qədər irəliləməliyik" deyə tələb yox idi. Amma bacaracağımıza inam var idi. Mövsümün əvvəlində hədəf qrupa düşmək idi. Bura qədər gəlmişik, deməli, işimiz heç də pis getməyib. Bunu meydanda icra edənlər bacarıblar. Bunda ən çox pay futbolçularındır. Sabah da söz sahibi onlar olacaq. Birlik varsa, nəticəyə mütləq nə vaxtsa təsirini göstərir. İşlər düzgün icra olunsa, gec-tez nəticə olacaq. Düşünürəm ki, futbolçularım bundan da yaxşısını etməyə qadirdirlər".

    Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved