Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Bu hakim 3-cü dəfə "Qarabağ"ın oyununda
    20.02.2024 13:02:40

    “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə oyununu idarə edəcək FIFA referisi Georgi Kabakov karyerası ərzində 5-ci dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alıb.

    Prosport.Az xəbər verir ki, bolqarıstanlı bunun 3-də baş hakim, 1-də isə ehtiyat hakim kimi fəaliyyət göstərib.

    Maraqlıdır ki, 4 görüşün hər biri Azərbaycan komandalarının səfər qarşılaşmasına təsadüf edib. Kabakovun təmsilçilərimizlə ilk tanışlığı 2013-cü ildə gerçəkləşib. U-17 millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyaya səfərdə 0:1 hesabı ilə uduzduğu oyunda Kabakov ehtiyat hakim olub.

    O, 2019-cu ilin martında əsas yığmanın Xorvatiya ilə səfər qarşılaşmasını idarə edib. Zaqrebdə baş tutan AVRO-2020-nin seçmə mərhələ görüşündə Ramil Şeydayev 19-cu dəqiqədə hesabı açsa da, komanda meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Hazırda “Qarabağ”ın kapitanı olan Maksim Medvedev həmin oyunda sarı vərəqə ilə cəzalanıb.

    Georgi Kabakov 2 dəfə də “Qarabağ”ın avrokubok görüşündə iş başında olub. Millilərdən fərqli, onun idarəçiliyi Ağdam klubu üçün düşərli olub. Qurban Qurbanovun kollektivi 2015/2016 mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”a Monteneqroda 1:0 hesabı ilə qalib gələrək, yoluna davam edib. Qalibiyyət topuna 57-ci dəqiqədə Reynaldu imza atıb.

    Kabakovun “Qarabağ”la yolu cari mövsüm Avropa Liqasının pley-offunda da kəsişib. Təmsilçimiz Sloveniyada “Olimpiya”nı 2:0 hesabı ilə üstələyərək, qrup mərhələsinə adlayıb. Kevin Medina və Leandru Andrade ilk hissədə fərqlənib. Ağdam təmsilçisinin heyətində Juliu Romau isə sarı vərəqə alıb.

    Ümumiyyətlə, 37 yaşlı Georgi Kabakov 2013-cü ildən FIFA referisidir.

    Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb – 4:2.

    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved