Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.
Prosport.Az xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov yardımçı olacaq. 4-cü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.
VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaq. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb – 4:2.

