“Sumqayıt” heyətinə yeni əcnəbi futbolçu cəlb etməyi planlaşdırır. Prosport.Az xəbər verir ki, "kimyaçılar" yarımmüdafiəçi Xordon Resabalanı transfer etməyə hazırlaşır. Tərəflərin yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir. Ekvadorun U-23 yığmasında oynamış 23 yaşlı yarımmüdafiəçinin son klubu yerli “Aukas” olub. Buna qədər isə Xordon Resabala "İndependyente Xunyors", “Olmedo”, "Manta", "Qvayakil Siti" komandalarında oynayıb. O həmçinin Meksikanın “Tixuana” və “Dorados” klublarında legioner karyerası yaşayıb.
"Sumqayıt" ekvadorlu futbolçu transfer edir

