Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Baba nənə olsaydı, necə olardı?" – Miodraq Bojoviç
    18.02.2024 21:51:13

    "Oyun kifayət qədər çətin keçdi. "Zirə" strukturlu və komanda şəkildə oynayır. Bilirdik ki, onlar az qol buraxan və az qol vuran komandadır. Rza Cəfərov iki epizodda bizi qoldan xilas etdi. Bu baxımdan bəxtimiz gətirdi. Ondan sonra oyun nisbətən daha bərabər keçdi. Bir qol vurduq, ikinci yarıda da epizodlarımız var idi, vursaydıq, oyun daha rahat alınardı. Matç son ana qədər gərgin keçdi və biz hakimin final fitini gözləyirdik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXIII turunun "Zirə" ilə oyunundan (1:0) sonra mətbuat konfransında deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    - İlk mətbuat konfransınızda bildirmişdiniz ki, komandanın yaxşı nəticələr göstərməsi üçün altı həftə lazımdır. Altı həftə keçib, amma müdafiədə səhvlər, hücumda problemlər davam edir. Bu problemlərin həll olunması üçün nə qədər vaxt lazımdır?

    - Çox yaxşı qeyd etdiniz. 28 gün ərzində 7 oyun keçirmişik. Hər dörd gündən bir oynayırıq. Biz bura gələndə zədəlilərin sayı kifayət qədər idi. Alfa Konte və Brayan Moreno üçüncü dövrənin başlamasına iki gün qalmış komandaya qoşuldular. Qara Qarayev və Filip Ozobiç oktyabr-noyabrdan oynamırdılar. Eyni zamanda, komandada yaş faktoru öz sözünü deyir. Bu baxımdan bərpa üçün daha çox vaxt lazımdır.

    - "Neftçi"nin əvəzedici heyəti yaxşı oyun göstərir. Oradan kimlərisə əsas komandaya cəlb etmək fikriniz var?

    - Oyunçularımız kifayət qədərdir. Amma əsas komandada zədəli futbolçularımız var. Bizə onlarla keyfiyyətli şəkildə işləmək lazımdır. Məşqlərə oyunçu lazım olanda əvəzedici heyətdən dəvət edirik.

    - Sizin üçün prioritet nədir, nəticə, yoxsa yaxşı oyun?

    - "Araz-Naxçıvan"a məğlubiyyətdən sonra komandada ab-havanın, əhval-ruhiyyənin və özgüvənin artması baxımından üç xal daha önəmli idi.

    - "Zirə"nin ləğv olunan qolundan öncə qayda pozuntusu qeydə alındı. Rəqibin baş məşqçisi bildirdi ki, orada heç bir fouldan söhbət gedə bilməz. Həmin epizodla bağlı fikriniz necədir, həmkarınızla razısız? 

    - O, mənim həmkarımdır. Onun sözlərinə şərh verməyəcəm.

    - Rəqib sizdən oyun planında üstün idi. Sizə elə gəlmir ki, "Zirə" hesabı ilk dəqiqələrdə açsaydı, oyunun taleyi başqa cür olacaqdı?

    - Nəsə demək çətindir. Yəqin ki, daha çətin keçərdi. Bəxt də faktorlardan biridir. Bu, bilirsiniz nəyə oxşayır? Baba nənə olsaydı, necə olardı?

    - Bu gün "Neftçi"nin bəxti gətirdi, "Zirə"nin bəxti gətirmədi?

    - Hər ikisi oldu.

    - Əsas rəqiblərinizdən olan "Qarabağ" bu həftə Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı məğlub etdi. Onların qələbəsini necə dəyərləndirirsiniz?

    - Çox sevinirəm. Çünki "Qarabağ" Azərbaycanın klubudur. Avropadakı istənilən qələbə Azərbaycandakı futbolun səviyyəsini yüksəldir. Burada nə qədər işləsəm, avrokuboklarda oynayan bütün klublarınıza azarkeşlik edəcəm. Əlbəttə ki, "Qarabağ" - "Neftçi" oyunlarında özümüzə azarkeşlik edəcəm.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved