Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qol vururuq, saymırlar" – Rəşad Sadıqovdan etiraz
    18.02.2024 21:02:15

    "Oyuna çox yaxşı başlamışdıq. Üstünlük bizdə idi. Sadəcə, top itkisi baş verdi və rəqib də boşluqdan istifadə edib, ilk hücumu qolla tamamladı. Ondan sonra çoxsaylı hücumlarımız oldu, qollar vurduq. Heç biri qeydə alınmadı. Hücumlara davam etdik, bəzi dəqiqələrdə üstünlük rəqibə keçirdi. Ümumilikdə götürsək, futbolçularım bu gün qəhrəmancasına mübarizə aparırdı.Hamısını bağrıma basıram. Bu şəkildə də davam etməliyik. İstər rəqiblərlə, istərsə də, başqa hallarla sonuna qədər mübarizə aparmalıyıq. Möhkəm kollektivimiz var, onu bu gün meydanda gördüm. Sona qədər mübarizə aparacağıq. Allah qoysa, istədiyimiz nəticələrlə mövsümü başa vurarıq".

    Sportnet.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 23-cü turunun "Neftçi" ilə (1:0) oyunundan sonra deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - Oyunun nəticəsi ədalətlidir?

    - Yox, ən azından məğlub olmamalıydıq. Qollarımız qeydə alınsaydı, qol epizodlarından istifadə etsəydik... Bu mövsüm "Neftçi" ilə oyunlarda fantastik epizodlar qaçırırıq. Çox ciddi şanssızlıqlar yaşayırıq. 6-7 qol vurmuşuq, amma qeydə alınmayıb.

    - VAR-ın ləğv etdiyi qolunuzun təkrarına baxdınız?

    - Birincisi, mənə görə foul yoxdur. Çünki topa oynayan Qismət Alıyevdir. O, topa oynayır və rəqib ayağını qoyur Qismətin ayağının altına. Bəs, Qismət ayağını hara qoymalıdır, uçmalıdır? Kilan Lebon öz ayağını onun ayağının altına qoydu. Əsas sualım odur ki, bu qol bizim qapıya vurulsaydı, VAR-dakı Rəşad Əhmədov əsas hakimi çağıracaqdı, ya yox? Başqa sualım yoxdur. "Sabah"la matçda Rəşad Əhmədov, "Səbail"lə görüşdə Rəşad Əhmədov, bu gün Rəşad Əhmədov... Bizdə komputer sistemi o səviyyədə deyil. Əllə çəkirlər. Bir az qabağa, bir az geriyə çəkirsən, vəssalam, iş bitir. VAR-a çağırırsansa, baş hakimin beynini çalxalandırırsan.

    - Sizə elə gəlmir ki, Rəhim Sadıqovun oyununda eniş var?

    - Əslində, son turlarda yaxşı performans göstərirdi. Bu gün  onu əsas heyətdə düşünürdük. Çox yorğun idi deyə, oyuna ehtiyatda başladı. Salifu Sumanın hərarəti var idi. Dünən də komanda ilə məşq etməmişdi. Hücum xəttindəki itkilərimiz davam edir. Bilmirsən, səbəbi nədir. Başımıza gəlməyən hadisə qalmayıb. Komandanın oyunundan narazı deyiləm. Bəlkə, "Turan Tovuz"la səfər görüşünü zəif keçirdik. Lakin digər matçlarda qələbəyə yaxın olmuşuq. 10 turda o qədər hadisələr baş verib ki, futbolçularımı tənqid də edə bilmirəm. Bugünkü oyunla futbolçularımı necə tənqid edim?

    - Ruan Renatonun yoxluğu özünü göstərdi?

    - Təbii ki, özünü hiss etdirirdi. Amma Stefan Aka və Dimitrios Çantakias da yaxşı oynadılar. Buraxılan qolda da müdafiədən çıxarkən Abbas İbrahim səhvə yol verdi. Buna rəğmən müdafiəçilərimiz ayıq olmalıydılar. Çünki oyunumuz yaxşı gedirdi. Hər şey əla idi, psixoloji üstünlük bizdə idi. Belə məqamlarda bu cür qollar buraxmaq çox məyusedicidir. Rəqib cərimə meydançamıza girəndə qol olur, biz bunu edəndə, gah qapıçının başına, gah sinəsinə dəyir, gah da top dirəyə tuş gəlir. Bilmirəm. Qol vururuq, sayılmır.

    - 10 oyunluq qələbəsizlik sindromunun səbəbini nədə görürsünüz? Hakimlərin qərəzli mövqeyi, yoxsa məhsuldarlıqda problem var? 

    - Hücum xəttinin məhsuldarlığı aşağıdır. Bu gün Orxan Əliyev, Aleksandr Ramalinqom təkbaşına bizim hücumdakı oyunçuların hamısından çox qol vurubsa, aydın məsələdir ki, məhsuldarlığımız aşağıdır. 22 tur ərzində qol vurmayan, məhsuldar ötürmə etməyən oyunçularımız var. Son fazada çox yalnış qərarlar veririk. Əsas problemimiz də odur. Tələsirik, sağa pas vermək lazımdır, sola ötürmə veririk.  Hakimlərin səhvi də elə bir tərəfdən.

    - Rza Cəfərovun oyununu necə dəyərləndirərdiniz?

    - Rza gənc qapıçıdır, son turlarda çox inamlı çıxış edir. Keçən il burada 0:1 uduzanda Rzanın yaxşı seyvləri var idi. Bəlkə də Rza ən uğurlu oyunlarını "Zirə"yə qarşı keçirir. Ancaq tək o da deyil. Məsələn, Kristof Atanqana bizimlə görüşdə iki barmağının ucu ilə seyv etmişdi. Hər dəfə görürsən, təəccüblənirsən. İki qol vurduq, saymadılar, gələn dəfə çox vuracacağıq ki, heç olmasa birini saysınlar.

    - Hakimlərin Rəşad Sadıqova qarşı qərəzidir? Bir-iki dəfə narazılıq edəndə, bu, əks-təsir göstərir?

    - Niyə? O biri məşqçilər məndən çox etiraz edirlər, onlarda niyə əks-təsir göstərmir? Başqa klublar da aqressiv danışır, video paylaşırlar. "Qarabağ"la oyundan qabaq Rəşad Əhmədov VAR-da olub. 9 oyundan 6-da Rəşad Əhmədov bizim oyunda olub. Ya VAR-da, ya AVAR-da, ya da baş hakim olub. Rauf Cabbarov gedir, Rəşad Əhmədov gəlir, ya da əksinə. Bu ikisindən heç cür qurtula bilmirəm. Ya mənim oyunlarımdadırlar, ya da rəqiblərimin. Oradakı bəzi qərarları görüb, başımızı tuturuq. Səbəb? Bilmirəm, Allah bilər. Axirətdə hamısını biləcəyik, kim nəyə görə və niyə edirdi. Düşüncəli insanlar müəyyən təhlillər aparıb, söhbəti tuta bilirlər. Bizə qalan simamızı itirməməkdir. Mövsümün sonunda vəziyyətə baxarıq.

    - Heç fikirləşirsiniz ki, hakimləri ictimai şəkildə tənqid edəsiniz, hansısa xüsusi verilişlərə çıxasınız?

    - Verilişdir də, oturmuşuq burada, 15-20 dəqiqədir söhbət edirik.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved