Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün son matçında “Neftçi” və “Zirə” komandaları qarşılaşıblar.
“Neftçi Arena”da gerçəkləşən matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran "ağ-qaralar" 3-cü sırada qərarlaşıb. 32 xala malik "qartallar" isə dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib, "Səbail" "Araz-Naxçıvan"la 2:2 hesablı, "Sumqayıt" "Turan Tovuz"la qolsuz heç-heçə edib. "Qəbələ” – “Qarabağ” oyunu isə Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

