Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bunları etsək, komanda yox, klub olarıq" – Şahin Diniyev
    17.02.2024 22:24:24

    "Səbail" Azərbaycan Premyer Liqasının XXIII turunda doğma meydanda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Maraqlı, dinamik, gərgin oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. Komandanın oyununda inkişaf var. İlk hissədə kobud səhvdən qol buraxdıq. 2-ci hissədə meydanda tam dominantlıq etdik. Düşünürəm ki, düzgün yoldayıq. Stabil heyəti tapsaq, yaxşı oyun göstərəcəyik.

    – "Səbail" bir çox matçlarda 2-ci hissədə yaxşı futbol oynayır. Bunu 90 dəqiqə etmək üçün nə çatmır?
    – İki məqam var. Biri psixoloji amil, digəri funksional hazırlıqdır. Uşaqlar yaxşı fiziki hazırlıq keçib. Funksional hazırlığımız 180 dəqiqəyə də çatar. XII turdan sonra uğursuz nəticələr komandanın içində xof yaradıb. Qələbə qazanmaq istəyirlər. Bu bizə bir az mane olur.

    – Sanki yerli oyunçular olmasa, "Səbail" daha yaxşı nəticələr göstərər. Bu sizin də ağlınıza gəlmir?
    – Bu komanda neçə ildir ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdı. Artıq ortabab komandaya çevrilmişik. Addım-addım getməliyik, birdən-birə çempion ola bilmərik. Təməl qurub, 6 aydan bir çatışmayan mövqeləri gücləndirməliyik. Artıq "Səbail" qapazaltı deyil. Razıyam, yerli seçimimiz çox da yaxşı alınmadı. Elə düşünürlər ki, bizim büdcə o qədərdir ki, hər şeyi edə bilərik. Yerli futbolçu baxımından problemim var. Amma onlar bacardıqlarını edir. Pafos da olsa, deyəcəyəm. Biz bu gün Azərbaycan futbolunu düşünməliyik. Bütün klublar avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Hər şey millinin başında çatlayır. Mən tək özümü düşünsəydim, deyərdim ki, 11 legioner oynadaq.

    – Azər Bağırov bildirdi ki, 2 xal itirdik. Siz necə düşünürsünüz?
    – Bütün həmkarlarıma hörmət edirəm. Məşqçilər oyundan sonra emosiyalara qapılıb hansısa sözü deyə bilər. Amma hər şey görünür. Məşqçini başa düşürəm. Bəlkə də "Neftçi"ni məğlub etdikdən sonra 3 xal qazanmaq istəyirdilər. 2-ci hissədə meydanda bir komanda var idi: o da "Səbail" idi.

    – Fasilədə əvəzetmə etmədiniz, amma oyunu dəyişə bildiniz. Futbolçulara nə dediniz?
    – Futbolçuların intellektual keyfiyyətləri çox yüksəkdir. Futbolçuları qışqırmaqla başa salmaq olmur. Onların potensialına inanıram. Dedim ki, uduzsanız da, futbol oynayın. 

    – Ölkədə olan yerli futbolçuların ən yaxşıları "Qarabağ"dadır. Bu problemi necə həll etməyi düşünürsünüz?
    – Bu mövsüm yaxşı yerləri tutsaq, layihəmiz var. Bir layihə də mən tərəfdən gələcək. Bizim 2-ci komandamız olmalıdır. Əvəzedici heyətlə əsas komandanın arasında böyük uçurum var. Əlavə komanda lazımdır. Adı "Səbail" olmaya da bilər. Sponsordan bunu istəyəcəyəm. Bütün dünyada bu var. 21 yaşlı futbolçunu oynada bilmirəm. 1-2 ildən sonra o gənc olmayacaq. Hardasa bişməlidir. Bu gün "Neftçi"nin əvəzedici komandasından kimsə gəlib əsas komandada oynamayacaq. Çox çətindir.

    – Bu şəraitdə futbolçu yetişə bilər?
    – Bizim akademiyada olan şərait heç bir komandada yoxdur. Uşaqların yeməklərinə, geyimlərinə baxın. Bəli, bir meydançada 17-18 komanda inkişaf edə bilməz. Saat 11-ə qədər burada məşqlər gedir. Stadionumuzun ot örtüyü təbii olacaq. Yaxın ərazidə məşq etmək üçün 2 meydança tikiləcək. Əhmədlidə akademiya üçün yerimiz var. Bunlar olsa, komanda yox, klub oluruq. "Turan Tovuz" və biz süni meydançada oynayırıq. Bu da zədələrə səbəb olur.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved