“Qarabağ”da yeni təyinat rəsmən açıqlanıb.
Prosport.Az xəbər verir ki, Nail Kərimov Ağdam təmsilçisinin futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.
Qeyd edək ki, Nail Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-2024-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
