Azərbaycan milli komandasının vingeri Mahir Emreli “Dinamo”dakı gələcəyi ilə bağlı qərarını verib. Prosport.Az xəbər verir ki, 27 yaşlı futbolçu mövsümün sonunda “Dinamo”dan ayrılmaq qərarına gəlib. Buna səbəb isə, ona istənilən qədər şans verilməməsidir. Qış hazırlığı dövründə zədələndiyi üçün müalicə olunan Emreli bu ayın sonuna qədər düşərgəyə qayıdacaq. Lakin Mahir yeni mövsümə fərqli komandada başlamaq istəyir. Onun xidmətində Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı klubları maraqlıdır. Emreliyə bu qış Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”dan sərfəli təklif olsa da, o, aşağı liqada oynamaq istəmədiyi üçün bundan imtina etmişdi. Əlavə edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq (sportal.az).
Mahir Emreli "Dinamo"dan ayrılır

