"Qarabağ"ın 14 yaşadək komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək "Naşe Buduşşee" ("Bizim gələcəyimiz") adlı turnirdə qrupdakı rəqibləri bəlli olub.
Prosport.Az-ın xəbərinə görə, Asif Əlizadənin yetirmələri C qrupunda "Rotor" (Moskva, Rusiya), "Lavina" (Sankt-Peterburq, Rusiya) və BATE (Borisov, Belarus) ilə mübarizə aparacaq.
Qeyd edək ki, bu yarış 18-21 mart tarixlərində keçiriləcək. Daha əvvəl isə "Qarabağ"ın U-13 komandası bu turnirdə mübarizə aparacaq.
