"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda bu gün Portuqaliyada "Braqa"nın qonağı olacaq.
Prosport.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Braqa": Mateus Lima, Viktor Qomes, Siku Niakate, Paulu Oliveyra, Kristian Borxa, Vitor Karvalyu, Joau Moutinyu, Alvaro Calo, Rodriqo Salasar, Simon Banza, Abel Ruis.
Baş məşqçi: Artur Jorje
“Qarabağ”: Andrey Lunyov, Mateus Silva, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Julio Romao, Leandro Andrade, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov:
Qeyd edək ki, "Munisipal" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

