Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əsl "Braqa"nı düşünərək meydana çıxmalıyıq" – Qurban Qurbanov
    14.02.2024 23:47:40

    "Qarabağ" UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Braqa"nın qonağı olacaq.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Bizi çox vacib oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Hazırlığımız ümumən pis deyil. Sürətli, dinamik oyun göstərən komandaya qarşı oynayacağıq. İnanırıq ki, bu gözəl stadionda yaxşı oyun göstərəcəyik. İstəkliyik. Rəqibə dəyər veririk. İnanıram ki, futbolçularım yaxşı, keyfiyyətli futbol oynamağı bacaracaq.

    – "Braqa"nın futbolçuları dəyərlərinə görə "Qarabağ"ın oyunçularından çox üstündür. Sizcə, bu amil oyuna necə təsir edə bilər?
    – Artıq müqayisələrdən keçib. İllərdir ki, belə hallarla rastlaşırıq. Avropada futbol sürətlə irəliləyir. Klubların inkişafı üçün böyük işlər görülür. Təsirə gəldikdə isə, əlbəttə var. Onlar illər boyu bu dinamikada, bu təzyiqdə oynayır. Bu cür komandalar üçün belə turnirlərdə oynamaq asandır, nəinki bizim üçün. Amma bizim də təcrübəmiz az deyil. Bu müqayisəni futbolçuların beyinlərinə salmaq istəmirik. Əksinə rəqibi daha yaxından tanıyıb əlimizə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışırıq. Bəzən düşündüklərimiz alınır, bəzən alınmır. Hər bir halda səviyyə fərqi çoxdur. Çalışacağıq ki, o müqayisələri düşünməyərək oyuna hazırlaşaq.

    – "Braqa" püşk atılan zaman Portuqaliya çempionatında ən çox qol vuran komanda idi. Son zamanlarda isə komanda bu statistikanı itirib. Bunları nəzərə alsaq, sabahkı oyunda bu amil bizi umidləndirə bilər?
    – Qeyd etdiyim kimi, çox ciddi rəqibə qarşı oynayırıq. Bir komanda il ərzində eyni səviyyədə ola bilməz. Çünki daima qarşısında onu analiz etmiş rəqib olur. Bizim də son oyunlarda xeyli problemlərimiz oldu. Amma bu o demək deyil ki, sabahkı oyunda da həmin problemlər təkrarlanacaq. "Braqa" da son matçda böyük hesabla məğlub olub deyə o demək deyil ki, sabah onları problem gözləyir. Çünki bunlar tam fərqli turnirlərdir. Heç nəyə aldanmalı deyilik, hər şeyə real baxmalıyıq. Özüm daxil hər hansı arxayınlıq olsa, bizim üçün böyük problem yarada bilər. Rəqibimiz çox istəklidir. Bu gün baş məşqçilərinin açıqlamalarına fikir verdim. Çox ciddi yanaşırlar və bizə böyük dəyər verirlər. Bunlar qarşılıqlıdır. Böyükhesablı məğlubiyyəti unutdurmaq şansları var. Biz buna hazır olmalıyıq. Əsl "Braqa"nı düşünərək meydana çıxmalıyıq.

    – Mərhələni keçmək şanslarını necə dəyərləndirirsiniz?
    – Faiz olaraq deməzdim. Real baxsaq, üstünlük "Braqa" tərəfdədir. Amma biz də bu gün bununla razılaşmırıq. Çalışacağıq ki, meydanda öz işimizi görək.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved