Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bayer"lə oyundakı çətinliyi sabah da çəkəcəyimizə inanmıram" – Juliu Romau
    14.02.2024 23:58:55

    "Qarabağ"ın futbolçusu Juliu Romau UEFA Avropa Liqası pley-off mərhələsinin "Braqa" ilə matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.

    Prosport.Az braziliyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

    – Baş məşqçimiz qeyd etdi ki, bizi sabah çox çətin və ciddi mübarizə gözləyir. Komandamızda Portuqaliya təcrübəsi olan bir neçə futbolçu var. "Braqa"nın necə güclü komanda olduğunu bilirik. Rəqib topla oynamağı sevir. Bununla belə çalışacağıq ki, layiqli mübarizə aparaq və baxımlı futbol göstərək.

    – Sabah oyunun necə keçəcəyini gözləyirsiniz?
    – Oyunun nəticəsini detallar həll edəcək. "Braqa" kimi biz də qalib gələ bilərik. "Braqa" ciddi rəqibdir. Amma bura Avropa Liqasıdır. Rəqibi tanımaq üçün kifayət qədər vaxtımız olub. Hər iki komanda qələbə qazanmaq iqtidarındadır.

    – Portuqaliyada oynamısınız. Baş məşqçiniz sizdən "Braqa" haqda məlumat öyrənib?
    – Xeyr. Şəxsən məndən heç nə soruşmayıb. Rəqibin oyunlarını izləmişik. Baş məşqçimiz bildirdi ki, "Braqa" sürətli, və hücumameyilli futbol sərgiləyən komandadır.

    – Portuqaliyalılar üçün "Qarabağ"ı necə xarakterizə edərdiniz?
    – Həm ölkə çempionatında, həm də avrokuboklarda topu ələ keçirən kimi dərhal sürətli hücumlara çıxırıq. Bu bizim ən təhlükəli tərəflərimizdən biridir. Ölkə çempionatında rəqiblər öz meydançalarına qapanan zaman topa nəzarət və əks-hücumlardan istifadə edirik.

    – "Braqa"da ən çox kimdən təhlükə gözləyirsiniz?
    – Ən təhlükəli oyunçu Əl-Masratini hesab edirdim. Artıq o, komandanı tərk edib. Amma Alvaro Calo və Bruma da təhlükəlidir. Həm hücumda, həm müdafiədə komandaya kömək edirlər.

    – Bu mövsüm "Bayer"lə qarşılaşmısınız. Leverkuzen təmsilçisini "Braqa" ilə müqayisə etmək olar?
    – "Bayer"in topa nəzarəti, rəqibə etdiyi pressinq çox möhtəşəmdir. Hər hansı bir müqayisə edə bilmərəm. Amma "Braqa" da illər boyu adını, nüfuzunu saxlamış komandadır. "Bayer"lə oyunda çəkdiyimiz çətinliyi sabah da çəkəcəyimizə inanmıram.

    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Futbol

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    Futbol

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54
    Futbol

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41
    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved