Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bir dəfə də ən yaxşı oyunçu seçilmişdim" – Minsk turnirinin ən yaxşı yarımmüdafiəçisi
    13.02.2024 10:06:14

    "Qarabağ"ın 15 yaşadək komandasının üzvü Əli Bəşirov 10 nömrə kimi gələcək vəd edən futbolçularımızdandır. U-15 millimizə də çağırılır. Ötən il avqustun 27-də UEFA İnkişaf turnirində Estoniyanın qapısına 90+2-ci dəqiqədə qol vuraraq komandamıza 1:0 hesablı qələbə də qazandırıb. Belarusda keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə Rusiyanın "Zvezda" komandası ilə matçda da "Qarabağ"ın ilk qoluna imza atdı. Onun cərimə zərbəsindən birbaşa qapıya vurduğu qolu turnirin ən yaxşı qolu kimi də adlandırmaq olar. Düzdür, təşkilatçılar tərəfindən belə bir fərdi nominasiya nəzərdə tutulmasa da, oyunu, gözəl çarpaz ötürmələri ilə təşkilatçıların diqqətini çəkməyi bacardı və turnirin ən yaxşı yarımmüdafiəçisi adına layiq görüldü.

    Prosport.Az hələ 13 yaşın içərisində olan pleymeykerdən müsahibə götürüb.

    – Çempionatın ən yaxşı yarımmüdafiəçisi seçildiyiniz üçün təbrik edirəm. Turnir haqda fikirlərinizi bilək...
    – Təbrikə görə təşəkkür edirəm. Klub rəhbərliyinə belə bir turnirə bizi göndərdiklərinə görə minnətdarlığımı bildirirəm. Ailəmə isə ayrıca təşəkkür edirəm ki, oyunlara turnirin "Yutub" kanalı vasitəsilə baxıb məni dəstəkləyirdilər. Bu turnir gözəl təşkil olunmuşdu, bizim üçün də gözəl təcrübə idi. Düzdür, bizim proqnozumuzda finala çıxıb çempion olmaq vardı. Amma qismət 5-ci yer imiş.

    – Türkiyədəki "Kartepe Cup"da da qalib gəlmişdiniz. Hansı turnir daha səviyyəli idi?
    – Bu turnir. Burada daha səviyyəli və güclü komandalar vardı. Minsk "Dinamo"su və qalib gəldiyimiz "Baltika" komandalarının adları çox şeyi deyir.

    – 1/4 finalda rəqibə qol vura bilmədiniz və nəticədə penaltilərdə uduzdunuz. O oyunda nə çatmadı?
    – Bir az arxayınçılığımız da vardı. Bu bizim üçün bir dərs oldu. Oyunu yaxşı keçirmişdik, hücumlar da yaxşı etdik. Sadəcə, rəqib müdafiədən oynayırdı. Oyunumuza baxıb analiz etmişdilər, xüsusi oyunçularımızı bağlamışdılar. Qırmızı vərəqə də aldılar, 10 nəfərlə tamamilə müdafiəyə çəkildilər. Onların istəyi də oyunu penaltilərə aparmaq idi. Bu da onlarda alındı.

    – İndi yenidən Azərbaycan çempionatında oynayacaqsınız. Orada rəqiblərinizi böyük hesablarla məğlub edirsiniz. Rəqabətin olmasını yəqin siz də istərdiniz...
    – Bizim üçün də çempionat bir az maraqsız keçir. Bu turnirdəki kimi oyunlar orada olmur. İstərdik ki, çempionatda "Sabah", "Neftçi" kimi komandalar çox olsun.

    – Karyeranız ərzində belə bir mükafat qazanmışdınız?
    – Bəli. "Qarabağ"la "Sabahın ulduzları" yarışında iştirak edərkən turnirin ən yaxşı oyunçusu seçilmişdim. Onda 10 yaşım vardı. Amma bu, beynəlxalq səviyyədə yarışdan aldığım mükafat olduğundan, təbii ki, bu daha dəyərlidir.

    – Futbola gəlişiniz necə olub? "Qarabağ"a hansı komandadan keçmisiniz?
    – Yarım il "Dortmund Bakı" komandasında məşq keçmişəm. Daha sonra "Qarabağ" komandasında baxışda oldum və bəyənildim. 2009-cu il təvəllüdlü futbolçularla 3 il oynadım. Hətta 1 il 2008-ci il təvəllüdlülərlə də oynamışam. Daha sonra yenidən 2009-lara qayıtdım və Azərbaycan çempionu oldum. Hazırda U-15 milli komandamızın da üzvüyəm.

    – "Qarabağ"ın U-15 komandasında 3 2010 təvəllüdlü futbolçu var. Bunlar qapıçı Bilal Hacıyev, kapitanınız Uğur Qurbanlı və sizsiniz. Özünüzdən 1 yaş böyüklərlə oynamaq çətinlik yaratmır?
    – Xeyr, heç bir çətinliyi yoxdur. Dediyim kimi, əvvəl 2008-ci illərlə də oynamışam. Ona görə də heç bir çətinlik yoxdur.

    Səbuhi Musa

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved