"Qarabağ"ın 3 aşağı yaş qrupu üzrə komandasının ev oyunlarını keçirdiyi "Sərhədçi" İdman Mərkəzinin stadionu bugündən etibarən təmirə bağlanıb.
Prosport.Az-ın xəbərinə görə, stadionun qazonu yenilənəcək. Onun yenilənməsi təxminən 3 ay çəkəcək.
Qeyd edək ki, bu stadionda "Qarabağ"ın U-14, U-15 və U-16 komandaları ev oyunlarını keçirir. Qazonun yenilənməsi müddətində sözügedən komandalar məşqlərini köhnə "Neftçi" baza"da keçirəcək. Oyunların isə Binə qəsəbə stadionunda baş tutacağı gözlənilir.
