"Qarabağ"ın 15 yaşadək komandası Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə 5-ci olub.
Prosport.Az-ın xəbərinə görə, "Qarabağ" 5-ci yer uğrunda matçda Rusiyanın "Baltika" komandasını 1:0 məğlub edib.
Qolu 28-ci dəqiqədə Murad Əmirxanov penaltidən vurub.
