Azərbaycan Basketbol Liqasında (ABL) XIV turun növbəti oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, "Sumqayıt" doğma azarkeşləri önündə "Cəlilabad" ilə qarşılaşıb.
Oyuna üstün başlayan "gənclik şəhəri" təmsilçisi yekunda 109:99 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Sumqayıt"dan Smit Roderik (38 xal, 9 ribaund), "Cəlilabad"dan isə Culian Pauel (23 xal, 10 ribaund) olub.

