"Qarabağ"ın 15 yaşadək komandasının Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirdəki növbəti rəqibi müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, komandamız bu gün yerli Belarus Dövlət Universitetinin Respublika Olimpiya Ehtiyatlar; Mərkəzi kollektivi ilə qarşılaşıb.
Oyunun 40 dəqiqədən ibarət olan əsas hissəsində qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə 7:6 rəqib qalib gəlib.
Komandamız sabah turnirin sonuncu günündə 5-8-ci yerlər uğrunda Belarusun "İsloç" kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 11:15-də başlayacaq.
