"Qarabağ"ın 15 yaşadək komandası Belarusun paytaxtı Minskdə təşkil olunan "Bizim gələcəyimiz" adlı turnirdə növbəti qələbəsini qazanıb.
Prosport.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, komandamız Moskva "Olimpik"ini 2:0 məğlub edib.
Qolları Onur Əliyev (21) və Kəmaləddin Cəfərli (31) vurub.
Komandamız bu gün qrupda son oyununu BATE-yə qarşı keçirəcək.
Qeyd edək ki, 1/4 finalı təmin edən Vüqar Əsgərlinin yetirmələri dünən Ryazan "Zvezda"sına da 2:0 qalib gəlmişdi.
