Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Uşaq vaxtdan oğlumun qapıya həvəsi olub" – Aftandil Hacıyev
    6.02.2024 20:17:35

    "Qarabağ"ın 15 yaşadək komandası Belarusun paytaxtı Minskdə keçirilən ənənəvi "Bizim gələcəyimiz" adlı turnirdə iştirak edəcək.

    Prosport.Az-ın Minskə ezam olunmuş əməkdaşı yarışdan öncə "Qarabağ" Akademiyasının koordinatoru Aftandil Hacıyevdən müsahibə götürüb.

    – Sabahdan etibarən "Qarabağ"ın U-15 komandası "Bizim gələcəyimiz" adlı turnirdə çıxışa başlayacaq. Turnir və komandanın yer aldığı qrup barədə fikirlərinizi öyrənərdik... 
    – Vaxtı ilə bu turnirdə çıxış etmiş futbolçulardan biri hazırda "Milan"ın şərəfini qoruyur. Yaxınlarda "Paxtakor"dan "Brentford"a icarəyə verilən 18 yaşlı Məhəmmədəli Urinboyev bu turnirdə parlayıb. Turnirin səviyyəsi yüksəkdir. Bu turnirdə iştirak etmək bizim üçün də çox maraqlı idi. Bilirik ki, Rusiya və Belarus atletik güc baxımından daha inkişaf etmiş ölkələrdir. Bizim də belə inkişafa çox ehtiyacımız var. Düşünürəm ki, bu baxımdan bu turnir gələcəkdə futbolçularımıza fayda verə bilər. Bundan öncə bu komanda Kocaelidəki turnirdə iştirak etmişdi. Məncə, Belarusdakı turnir gücünə görə o yarışdan üstündür. Burada iştirak edən komandalardan BATE, "Metallist", "Olimpik", "Rotor", Minsk "Dinamo"sunun peşəkar komandaları da var. "Qarabağ"ın bu yaş qrupu bizim hədəf qruplarımızdan biridir. Bəlkə də ən güclü qrupa biz düşmüşük. Rəqiblər haqda geniş məlumat olmasa da, mütəxəssislərin sözlərindən belə qənaətə gəlmək olur.

    – Kocaelidəki turnirdə komanda açıq havada oynayırdı. Bu dəfə isə qapalı manejdə çıxış edəcək. Bu nə dərəcədə futbolçulara təsir göstərə bilər?
    – Bəzi ölkələrdə iqlimə görə belə manejlər tikilir. Belarusda hava şəraiti belə turnirləri açıq havada keçirməyə imkan vermir. Futbolçular üçün də bu, yenilik olacaq. Bu təcrübə də gələcəkdə onlar üçün faydalı ola bilər.

    – Bu komanda AFFA U-15 Liqasının turnir cədvəlində liderdir. Ancaq bildiyim qədəri ilə çempionluq "Qarabağ" FK Akademiyasının qarşısına hədəf kimi qoyulmayıb. Bəs bu turnirdə hədəf nə qoyulub?
    – Əlbəttə, əsas məqsədimiz futbolçuların fərdi keyfiyyətini, təcrübəsini yüksəltməkdir. Beynəlxalq turnirlərdə tək Qarabağın yox, ölkənin adını da təmsil edirik. Çalışacağıq ki, belə turnirlərin sayını çoxaldaq. Beynəlxalq turnirlərdə məsuliyyət ikiqat olur.

    – Bir valideyn kimi cavablandırın. Oğlunuz Bilal Hacıyev də bu komandanın qapıçısıdır...
    – Hər bir valideyn kimi öz oğlum üçün əlimdən gələni etməyə çalışıram. Amma bu komandada hər bir futbolçu mənə oğlum kimidir, heç birini ayırmıram. Belə turnirlər qapıçılar üçün də önəmlidir. Çempionatda bir çox komanda ilə görüşdə təzyiq görməsələr də, beynəlxalq turnirlərdə rəqiblərin səviyyəsinə görə çətinliklə qarşılaşa bilirlər.

    – Özünüz müdafiəçi olmusunuz. Oğlunuz niyə qapı mövqeyini seçdi?
    – Vaxtında mən də çalışdım ki, sahə oyunçusu olsun. Uşaq vaxtdan özünün qapıya həvəsi olub. Sual verdikdə də həmişə konkret cavab verib ki, tullanmaq istəyirəm. Ona görə də oğlumun seçiminə hörmətlə yanaşıram. Hər bir uşağın öz arzuları olur. Düşünürəm ki, qapıçı kimi potensialı var. Ancaq gələcəkdə necə inkişaf edəcək, bunu görəcəyik.

    – Bəzən valideynlər meydanda uşaqlarının və məşqçilərin işinə qarışır. Bu baxımdan valideynlərlə söhbətiniz olurmu?
    – Müəyyən yaş qrupları var ki, orada valideynsiz keçinmək mümkün deyil. Valideynlərlə sıx ünsiyyətdə oluruq. Ara-sıra iclaslar keçiririk. Onlara deyirik ki, bəzi məsələlərdə futbolçuların işinə qarışılmasın. Hələ ki valideynlərlə ciddi problem yaşamamışıq. Futbolçuların peşəkar kimi böyüməsini istəyiriksə, onların rəqabətin içindən böyüyüb çıxması yaxşı olar. Valideyn təzyiqi olanda, uşaq bəzən öz potensialını aça bilmir.

    – Minsk sizin üçün həm də doğma şəhər sayıla bilər. İstərdim ki, bu barədə də özünüz danışasınız...
    – 2018-ci ildə Belarusda Ayxan Abbasovla birgə məşqçilik imtahanı verib Pro kateqoriyası almışam. Bu hardasa ilyarım olub. Onda "Qarabağ"ın əvəzedici komandasında işləyirdim. Hər ay burada modul olurdu, gedib-gəlirdim. Bu ölkə mənə çox doğmalaşıb. Burada bir çox tanışlarım var. Əvvəlcə çox çətinliklə üzləşdik. Baxmayaraq ki, mən orta və ali təhsilimi rus dilində keçmişəm, dil baryeri və mentalitet fərqi çətinlik yaradırdı. Ancaq tezliklə adaptasiya prosesini keçə bildik. "Neftçi"də fiziki hazırlıq üzrə məşqçisi işləmiş Ruslan Lukin burada İdman institutunun müəllimi işləyir. Bizim burada oxumağımızda çox böyük dəstəyi olub. Bayaq onun nəvəsi məni görməyə gəlmişdi. İlin sonunda kateqoriyamın müddəti başa çatır. Belarusda kateqoriyanı aldığım üçün yenidən burada imtahan verməliyəm.

    Səbuhi Musa

    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Futbol

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved