"Qarabağ"ın 15 yaşadək komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək "Bizim gələcəyimiz" adlı turnirdə oyun cədvəli bəlli olub.
Prosport.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Vüqar Əsgərlinin baş məşqçisi olduğu komandamız yer aldığı B qrupunda ilk görüşünə sabah çıxacaq.
"Qarabağ"ın ilk rəqibi Rusiyanın "Zvezda" (Ryazan) komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 12:20-də başlayacaq.
Fevralın 8-də komandamız 2 rəqiblə münasibətlərinə aydınlıq gətirəcək. Əvvəlcə rəqib Bakı vaxtı ilə 11:35-də "Olimpik" (Moskva) olacaq. Qrupda sonuncu görüş yerli komanda olan BATE-yə (Borisov) qarşı gerçəkləşəcək. Bu matç Bakı vaxtı ilə saat 14:40-da baş tutacaq.
Qeyd edək ki, qrupda ilk 2 yeri tutan komanda 1/4 finala vəsiqə qazanacaq.
