Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Boks
    Bakıda qadınları gətirib qanunsuz yarış keçirilir – Bunun arxasında kimlər dayanır?
    31.01.2024 13:49:49

    Bakıda qanunsuz döyüş gecəsi keçiriləcək.

    Prosport.Az-ın xəbərinə görə, bu gün saat 19:00-da "ABU Arena Hall" hotelində WIBA (Women's International Boxing Association – Qadınların Beynəlxalq Boks Assosiasiyası) kəməri uğrunda döyüş gecəsi baş tutacaq.

    Döyüş gecəsində alman əsilli qazaxıstanlı WBC çempionu Anqelina Lukasla Pakistanın ilk qadın peşəkar boksçusu Roma Yusaf titul üçün qarşı-qarşıya gələcək. Dünən "Royal" hotelində yarışın "face-to-face" mərasimi və mətbuat konfransı da baş tutub... Bakıda belə bir yarışın keçirilməsi gözəldir. Ancaq gözəl olduğu qədər, qanunlara ziddir. Necə? İndi biz izah edəcəyik.

    Bu yarış 2019-cu ildə yaradılmış Azərbaycan Peşəkar Boks Federasiyasının (APBF) dəstəyi ilə keçiriləcək. APBF isə Gənclər və İdman Nazirliyində rəhbər dəyişikliyindən sonra tətbiq olunan akkreditasiya sistemindən keçməyən qurumlardan biridir. Bunu nazirliyin saytındakı müvafiq bölməyə nəzər saldıqda da görmək mümkündür. Nazirlik tərəfindən akkreditasiyadan keçmiş 42 idman federasiyası, assosiasiyası və ya komitəsi arasında APBF-nın adına rast gəlmək mümkün deyil.

    Nazirliyin kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədovu dinləyək: "Akkreditasiyadan keçməyən ictimai birliklər nəinki beynəlxalq turnir, heç ölkədaxili yarış da keçirə bilməz".

    Nazirliyin boks üzrə kuratoru, İdman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev isə bu yarışın keçirilməsinin qanunsuz olduğunu bildirib: "Mənim belə yarışın keçirilməsindən xəbərim yoxdur. Səhhətimlə əlaqədar işə gedə bilmirəm. Təbii ki, akkreditasiyadan keçməyən qurumların yarış keçirməsi doğru deyil. Biz belə hallarla mübarizə aparırıq. Hətta nazirliyin və federasiyaların balansında olan idman arenalarına belə yarışları keçirməməyi tapşırmışıq. Ona görə də onlar hansısa şadlıq sarayı, restoran və hotellərdə bunu keçirir".

    Bu yerdə qeyd edək ki, "ABU Arena Hall" hoteli əvvəllər sabiq iqtisadi inkişaf naziri, keçmiş Azərbaycan Həndbol Federasiyasının prezidenti Heydər Babayevə məxsus olub. Hətta onun vaxtında Bakının Koroğlu Rəhimov küçəsində "ABU Petrol" yanacaq doldurma məntəqəsi və "ABU Arena" da fəaliyyət göstərib. Heydər Babayevi federasiya prezidenti kimi "Azəryol"un İdarə Heyətinin sədri Saleh Məmmədov əvəzlədikdən sonra, ABU komandası "Azəryol", "ABU Arena" isə "AHF Arena" adına dəyişdirilib.

    Bəs sözügedən federasiyanın prezidenti kimdir? Bu, 2019-cu ildən bu quruma rəhbərlik edən Artyom Həsənovdur. Həsənov keçmiş boksçu, həm də əvvəl adı "Rabitə", daha sonra "Baku Fight Lab" olmuş boks klubunun rəhbəri olub. Holdinq sahibi olan atasının işləri üzərindən biznes fəaliyyəti ilə də məşğuldur.

    Yarışı reklam edən, bilet işlərini həyata keçirən isə tripsome.az saytıdır.

    Ümid edirik ki, bu yazıdan sonra akkreditasiyadan keçməmiş federasiyalar belə qanunsuz yarışlara qol qoymaqdansa, akkreditasiyanın tələblərinə uyğun gəlmək üçün çalışacaq.

    İlkin

    Boks

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Döyüş növləri

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Boks

    Boksçularımızdan Avropa çempionatına uğurlu start

    18.09.2026 10:23:24
    Döyüş növləri

    Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri bilindi

    16.09.2026 21:40:54
    Döyüş növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    14.09.2026 16:07:03
    Boks

    Azərbaycan Avropa çempionatını 2 medalla başa vurdu

    21.08.2026 20:25:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved