Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Riad Rəfiyevin "Sumqayıt"ı üçün olmayan VAR – YAZI
    24.01.2024 21:06:50

    Dünən saat 08:00-da "futbolinfo" saytında hakimlərlə bağlı yazı dərc olundu. Yazının məğzi vaxtı ilə AFFA rəhbərliyinin xeyir-duası ilə yaradılmış klubların lehinə hakim səhvlərinin olması barədə idi. Orada bu cümlə xüsusən diqqəti çəkirdi: "Bu gün “Qəbələ”nin də başına “Sumqayıt”la oyunda eyni torbanı tikəcəklər". Bu 1 cümlə özündə müəyyən həqiqəti əks etdirirdi...

    Saat 16:30 gəldi. Hamımız ekranlar önündə əyləşib Qəbələdə qarlı hava şəraitində keçən matçı izləməyə başladıq. Meydan sahibləri nə qədər autsayder olsa da, bir o qədər "autsayder" imicini dağıdıb rəqibə daha çox hücum edirdi. Mehdi Cənnətova nisbətdə "Qəbələ"nin kamerunlu qapıçısı Kristof Atanqana daha çox özünü resort mərkəzində hiss edirdi sanki. İlk hissə "Qəbələ"nin üstünlüyü ilə başa çatdı.

    2-ci hissədə də "Qəbələ" hücumlar edir, "Sumqayıt" müdafiə olunurdu. Gəlib çatdıq 72-ci dəqiqəyə. 2 gün əvvəl Portuqaliya mətbuatına müsahibə verərək "Qarabağ"ın güclü tərəflərini açıb tökən braziliyalı mərkəz müdafiəçisi Lukas Afriku öz cərimə meydançası daxilində rəqibin Pakistan əsilli ingiltərəli liberosu Asa Sulimana qarşı sərt oynadı. Kobud yox, məhz sərt. Bunu baş hakim Kamal Umudlu VAR-a baxmadan penalti kimi dəyərləndirdi. VAR hakimi Əliyar Ağayev olsa da, epizodun təkrarına baxılmağa ehtiyac duyulmadı.

    Bu yerdə bir haşiyə çıxaq. Afrika Millətlər Liqasının Qambiya – Kamerun oyununda birincilərin Çexiyanın "Ostrava" klubunda oynayan müdafiəçisi Muhammed Sanne 90+3-cü dəqiqədə qol vurdu. Aşkar təkrarda göründü ki, futbolçu topu Maradonasayağı əllə vurub. Buna baxmayaraq, efiopiyalı baş hakim Bamlak Tessema VAR-a gedib təkrara baxmağa ehtiyac duydu. Halbuki, VAR hakimi referiyə "top dəqiq əllə vurulub" deyib, oyunun dayanmasına imkan verməyə bilərdi. Görünür, baş hakim hesab 3:3 bitəcəyi halda, nəticəyə və Kamerunun qrupda qalmasına təsir edən səhvə yol verəcəyindən qorxub, məsuliyyətli olmağa üstünlük verdi.

    Bizdə isə... Mübahisəli epizodda heç VAR-a gedilməyə ehtiyac duyulmadı. Ən maraqlısı isə odur ki, həmişə fərqli rakurslardan göstərilən bu epizod bu dəfə cəmi 1 rakursdan izləyicilərə təqdim olundu. O epizoda əsasən dəqiqliklə penaltinin olduğunu demək mümkün deyil. Hətta Sulimanın özünü qəsdən Afrikuya toxundurduğunu iddia etmək olar.

    Əliyar Ağayevin oyundan sonra "idmanxeber" saytının Qəbələyə ezam olunmuş əməkdaşı ilə dialoqu da çox şeydən xəbər verir. 

    – Kamal Umudlu epizoddan xeyli sonra penalti qərarı verdi. Biz elə bildik siz xəbərdarlıq etmisiniz…
    – Xeyr, mən verməmişəm. Kamal Umudlu özü təyin edib. 

    – Biz epizodu tam görə bilmədik. Epizodun təkrarı TV-də cəmi bir rakursdan verildi. Siz yəqin ki, daha aydın görmüsünüz...
    – Xeyr, görməmişik. Bizdə də eyni vəziyyət idi. Cəmi bir rakursdan izləyə bildik.

    “CBC Sport” telekanalının baş redaktoru Şəmsəddin Abbasovun epizodun təkrarının cəmi 1 rakursdan göstərilməsinə dair açıqlaması isə belə olub: “Biz görüntülərə baxmışıq. Qayda pozuntusu ehtimal olduğu epizod topun olmadığı yerdir. Bir çox kameralar topun olduğu yerə fokuslanır. Oyun topun ətrafında getdiyi üçün kameraların diqqəti həmin yerdə olmalıdır. Bu səbəbdən də həmin epizodla bağlı efirdə də, VAR-da da bir rakurs olub. Ancaq bunu da nəzərə alaq ki, ən yüksək səviyyəli İngiltərə Premyer Liqası oyunlarında belə, bəzi epizodlar kadrdan kənar düşür. Uğursuz görüntülər olur”.

    Əldə etdiyimiz məlumata görə, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də bu barədə qərarını daha sonra açıqlayacaq. O, hakimlərin VAR otağı ilə bağlı danışıqlarını dinlədikdən sonra fikrini bildirəcək.

    Növbəti turlarda "Sumqayıt"ın oyununda bu cür hakim səhvlərinin olması qaçılmaz deyil. Menecerliklə klub prezidentliyini özündə birləşdirən Riad Rəfiyev hər yolla qalib gəlməyə çalışacaq. Çünki düymə yuxarıdan basılıb. "Sumqayıt" yuxarı pillədə olmalıdır. Amma Riad Rəfiyev unutmamalıdır ki, başına yetim uşaqlar üçün oyun açılan "Qəbələ" onun tanınmasında böyük rol oynayıb. 2016-cı ilin sonlarında onun ilk dəfə jurnalistlər önünə çıxmasının səbəbi Ronaldinyunu Bakıya gətirmiş "Qəbələ"nin sabiq prezidenti Tale Heydərov olub.

    Səbuhi Musa

    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    P.S.

    Azərbaycan futbolu "Eyeball"dan nə qazanacaq? – YAZI

    2.04.2026 16:06:01
    P.S.

    Elxan Məmmədovla açılan cığır – YAZI

    18.03.2026 11:41:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İnanıram ki, bu dəfə avrokubok bəxtsizliyini dəf edəcəyik" - Emin Mahmudov

    21.07.2026 15:15:07

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15

    Orxan Sadıqlının yeni klubu bilindi

    21.07.2026 12:42:55

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50

    "Qarabağ"ın iştirak ərizəsində dəyişiklik: Bolt da heyətdən çıxarıldı

    21.07.2026 12:00:24

    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da

    21.07.2026 11:32:59

    "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqaviləni yenilədi

    21.07.2026 11:07:17

    MOİK "Qarabağ"a 2 milyonluq futbolçu uğrunda mübarizədə də rəqib oldu

    21.07.2026 10:50:35

    "Aprel ayından maaş almırıq" – Həndbolçular etiraz edir

    21.07.2026 10:21:00

    "Maddi sıxıntılar səbəbindən bəzi oyunçular idmanı 2-ci plana keçirməyə məcbur qalırlar" – "Azəryol"un məşqçisi

    21.07.2026 10:08:46

    "Nə hazırlıq keçməyə, nə də məşq etməyə zalımız var" – Millinin baş məşqçisi

    21.07.2026 10:03:04

    Çempionlar Liqası: "Sabah" Finlandiya klubuna qarşı

    21.07.2026 10:00:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved