Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Stenli Brardın bəyəndiyi, Halim Fıçıcının məsləhət gördüyü MƏŞQÇİ TANITMASI
    22.01.2024 09:30:30

    Çox zaman aşağı yaş qruplarından çıxan, formalaşan futbolçular sonradan tanınmışa çevrilir. Lakin futbolçu məşhurlaşsa da, onun formalaşmasında böyük əziyyəti dəymiş məşqçilər unudulur.

    Bu səbəbdən də Prosport.Az olaraq yeni layihəyə başlamaq qərarına gəldik. Bu layihədə uşaq məşqçilərini tanıtmaqla məşğul olacağıq.

    İlk olaraq "Qarabağ"ın 15 yaşadək komandasını çalışdıran Rakif Əliyevdən başladıq. Bu da səbəbsiz deyil. Çünki hazırda "Qarabağ"ın məhz U-15 komandası bu klubun digər aşağı yaş qrup komandalarından fərqli olaraq, AFFA-nın keçirdiyi çempionatda 1-ci yerdə gedir.

    Qısası, başlayaq və Rakif Əliyevi öz dilindən tanıyaq:

    "1983-cü ildə Ağdaşda anadan olmuşam. 1990-1994-cü illərdə Mingəçevirdə yaşamışam. Elə futbola da orada sabiq futbol hakimi Rövşən Əhmədovun rəhbərliyi altında başlamışam. 1994-cü ildən Bakıya köçmüşük. Burada Canbaxış müəllimin, daha sonra da Emil İsgəndərovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnmişəm. 2000-ci ilədək uşaq futbolunda oynamışam.

    17 yaşımda – 2000-ci ildə "Ədliyyə"də I divizionda çıxış etməyə başlamışam. 2002/03 mövsümündə I divizionda "Azərsun" komandasında çıxış etmişəm. Şirkət "Qarabağ"a sponsorluq edəndən, biz o komandaya düşə bilmədk və kənarda qaldıq. Çünki onda cəmi 20 yaşım vardı. Daha sonra Beyləqanda hərbi xidmətdə olarkən "Qara bəbir"də oynadım. 2005/06 mövsümündə Neftçalanın "ANŞAD-Petrol" komandasında çıxış etmişəm. 2006/07 mövsümündə "Qaradağ Lökbatan"da, 2007-dən "Bakılı"da oynamşam. I diviziondan elitaya qalxmışıq.

    Komanda elitadan düşəndə də "Bakılı"da qaldım. 2014/15 mövsümündə orada oynayan məşqçi oldum, həm də kapitan idim. 2015-ci ildə "Qəbələ"nin Akademiyasına məşqçi işi üçün CV göndərdim. İndi "Feyenoord"un koordinatoru işləyən Stenli Brard mənim məşqçilik biliyimi lövhədə yoxladı və məşqçi kimi işə götürdü. 3 il orada işlədim.

    2019-cu ildə isə Kazbek Tuayevin o vaxt direktoru olduğu İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbində işə düzəldim. 2021-ci ilədək orada U-10 komandası ilə işlədim. Ələkbər Məmmədovun adına keçirilən 8 komandanın iştirak etdiyi turnirdə çempion olduq. Bu səbəbdən 3 ayın tamamında orda rəsmi işə götürüldüm.

    2021-ci ildə "Qarabağ" Akademiyasının sabiq koordinatoru Tacəddin Doğan "Qəbələ" Akademiyasında işləyən Halim Fıçıcının rekomendasiyası əsasında məni işə çağırdı. İlk il "Qarabağ"ın U-17-si ilə 4-cü olduq. Ötən mövsüm U-14 komandasını çalışdırdım. Bu komandanı çempion etdiyimdən, indi U-15 olan bu komandada məni saxladılar".

    Futbol

    Almaniya Bakıdakı dünya çempionatını boykot etdi, Ukrayna alqışladı

    19.09.2026 11:48:21
    Futbol

    Təxirə salınmış oyunda darmadağın: "Neftçi"nin rəqibi bilindi

    17.09.2026 23:43:10
    Akademiya

    Millimizin Bakıdakı dünya çempionatında rəqibləri məlum oldu

    17.09.2026 22:15:10
    Futbol

    "Sumqayıt"ın futbolçusu hakimi söydü, sərt cəzalandı

    17.09.2026 17:15:40
    Futbol

    Futbol millimiz Bakıda Moldovaya yenə uduzdu

    16.09.2026 12:22:09
    Futbol

    "Qarabağ"dan darmadağın, "Neftçi"dən 3 qollu qələbə

    16.09.2026 00:07:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved