Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əsas komanda Naxçıvanda, əvəzedicilər Bakıda məskunlaşacaq" – Sakit Rzayev
    23.05.2023 22:00:54

    Naxçıvan Futbol Federasiyasının və "Araz Naxçıvan"ın İdarə Heyətinin sədr müavini Sakit Rzayevin Prosport.Az-a müsahibəsi:

    – “Araz Naxçıvan” I divizionda çempion oldu və Premyer Liqaya yüksəldi. Mövsümü necə dəyərləndirirsiniz?
    – Ötən ilin martından I divizionun hazırlığına başladıq. Bilirdik ki, hər çempionatın öz çətinliyi, ağırlığı, bir məsuliyyəti var. Ancaq bu məsuliyyətdən heç vaxt boyun qaçırmadıq. Divizionda mübarizə aparsaq da, həmişə Premyer Liqanı düşündük. Oktyabrdan etibarən rəhbərlik olaraq, Premyer Liqanı istəyirdik və bu şərtləri yerinə yetirmək üçün hər cür fədakarlığa qatlaşdıq. Önümüzdə duran vacib məqamlardan biri olan infrastruktur məsələsi klub daxilində çox götür-qoy edildi. Hər şeyə – divizionda çempionluğa və Premyer Liqaya yüksələcəyimizə ümidli idik. Bizim üçün ikiqat bayramdır. Həm divizionda çempion olduq, həm də Premyer Liqaya vəsiqə qazandıq. Bundan sonra qarşımızda daha məsuliyyətli və daha ciddi vəzifə durur. Premyer Liqanın bütün meyarlarına riayət etməyə çalışacağıq. İnfrastrukturdan tutmuş, kadr, inzibati və maliyyə meyarlarına cavab verib Premyer Liqanın bir tərkib hissəsi olmaq istəyirik.

    – Premyer Liqada meyarlar daha fərqlidir. Aşağı yaş qrupları ilə məsələlər necə həll olunacaq?
    – Bununla bağlı heç bir çətinliyimiz yoxdur. 10 yaşdan 16 yaşadək komandalar var və Naxçıvanda məskunlaşıblar. Daxili yarışlar gedir. Uzun müddət Naxçıvanda futbol olmadığından, təşkilati məsələlərə çox vaxtımız getdi və yarışlar bir az gec başladı. Əsas komandanı formalaşdırmaq baş məşqçi Azər Bağırovun səlahiyyətindədir. U-17, U-19, əvəzedici və eləcə də bütün aşağı yaş qruplarını formalaşdırmaq üçün Akademiya direktorumuz Adil Şükürov nəzarət edir. U-17, U-19 və əvəzedici komandamız Bakıda məskunlaşacaq. Əsas komandamız isə Naxçıvanda olacaq.

    – Niyə U-17, U-19 və əvəzedici komandanız Bakıda məskunlaşacaq?
    – Əsas səbəb budur ki, uzun müddət Naxçıvanda peşəkar futbol olmayıb. Bu az müddət deyil. Ona görə də həmin yaş qrupları üzrə futbolçularımız yetişməyib. Bu baxımdan yerli oyunçu qıtlığı var və əsasən muxtar respublikadan olmayan futbolçular bu komandaları formalaşdıracaq. Ancaq növbəti illərdə öz futbolçularımız yetişib böyüdükcə, naxçıvanlı futbolçular bu komandaların tərkibində olacaq.

    – Bakıdakı bazanız harada olacaq?
    – Hələ ki bununla bağlı qərar verilməyib. Harada məskunlaşacağımız bilinmir. Bakıda hotelimiz var, amma baza üçün bir neçə yerlə danışırıq. Mayın 25-26-dan etibarən Bakıda bu məsələlərlə bağlı görüşlərimiz olacaq.

    – Bildiyimə görə, tezliklə Naxçıvan Muxtar Respublika stadionu təmirə bağlanacaq. Mətbuatda yayılan məlumatlara əsasən, “Araz Naxçıvan” Premyer Liqada ilk oyunlarını Bakıda keçirəcək. Bu məsələ nə dərəcədə realdır?
    – Təbii qazonun süni örtüklə əvəzlənməsi ilə bağlı 2 Türkiyə şirkəti ilə danışırıq. Biri 60, biri də 68 günə bunun hazır olacağını deyib. Skaybokslar, media üçün zona, əlavə 3  tərəfdən çəkiliş üçün yerləri həll etməliyik. İyulun 22-24-də bu məsələləri yekunlaşdırmağı düşünürük. Bundan sonra bu stadionda mövsüm öncəsi sınaq məşqi və yoxlama oyunu da planlaşdırılıb ki, stadionun durumunun necə olduğunu bilək. 80 faiz danışıq apardığımız şirkətlərdən biri ilə məsələni razılaşdırmışıq. Həmin şirkət stadion üçün FIFA Pro sertifikatı verəcək və beynəlxalq yarışları burda keçirmək də mümkün olacaq. Çempionatın startına qədər bütün bu işləri yekunlaşdırmağa çalışacağıq.

    – “Araz Naxçıvan”da Fil Dişi Sahili, Türkiyə və İrandan legioner futbolçular da var. Onların səviyyəsi Premyer Liqada oynamağa imkan verir?
    – Buna baş məşqçi qərar verəcək. Bir neçə gün sonra Premyer Liqa hazırlıqlarına başlayırıq. Baş məşqçinin nəzərində olan və danışıq apardığı bir neçə oyunçu var. Legioner olsun deyə, komandaya onları gətirməyəcəyik. Bildiyiniz kimi, 2003-2008-ci illərdə menecer fəaliyyətim də olub. Dünyanın bir çox ölkələri ilə əlaqələrim var. Hazırda klubun lisenziya işləri ilə məşğul olduğumdan, həmin əlaqələri klub meneceri Şahin Rzayev və baş məşqçimizə yönləndirəcəyəm. Legioner və yerli oyunçulardan ibarət komanda olacaq. Çalışacağıq ki, U-21 millisi səviyyəsində olan futbolçuları heyətimizə qataq. Gələcək vəd edəcək legioner futbolçular almağa çalışacağıq. Vaxtımız az olsa da, keyfiyyətli legionerlərə üstünlük verəcəyik.

    – Klubda struktur dəyişikliyi olacaq?
    – Struktur artıq müəyyənləşib. Amma vəzifə bölgüsü ola bilər. Çünki klubumuz artıq böyüdü. Premyer Liqanın öz ağırlığı və səviyyəsi var. Tək meydanda yox, marketinq və media sahəsində də rəqabət aparmalıyıq. “Qarabağ”ı klublarımız nümunə götürür. Niyə onlar bu səviyyəyə gəldilər, niyə onlar avrokuboklarda illərdir qruplarda çıxış edirlər? Bu “niyə”nin cavabını tapdığımız müddətdə, biz də inkişaf edəcəyik. Biz də yaxşı kadrlara sahib olmalıyıq ki, klubumuz da inkişaf etsin.

    Səbuhi Musa, Naxçıvan

    Karate

    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov

    25.05.2026 12:40:40
    Müsahibə

    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova

    24.05.2026 00:02:11
    Akademiya

    "Baş məşqçi dominant futbol oynamağı tələb edir" - Gəncə klubunun futbolçusu

    22.05.2026 15:50:42
    Akademiya

    "Dünya çempionatına hazırlıqlar çox yaxşı gedir" – "Kəpəz"in futbolçusu

    22.05.2026 15:07:09
    Müsahibə

    "Həm Gənclər, həm də Əvəzedicilər Liqasında paralel çıxış edirik" - "Kəpəz"in baş məşqçisi

    21.05.2026 14:11:25
    Futbol

    "Bizim məqsədimiz yaxşı futbolçular yetişdirməkdir" - "Sabah"ı çempion edən baş məşqçi

    20.05.2026 23:45:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" Stas Pokatilovla müqaviləni yenilədi

    26.05.2026 21:03:30

    "Qarabağ"ın legioneri dünya çempionatına aparılmayacaq

    26.05.2026 18:45:03

    Serbiya millisinin yarımmüdafiəçisi Azərbaycandan təklif alıb

    26.05.2026 18:15:25

    "Qarabağ" - "Neftçi" oyunundakı kütləvi davanın cəzaları bilindi

    26.05.2026 17:47:59

    Basketbol yığmalarımız Belarusa yollandı

    26.05.2026 17:11:00

    Bölgə təmsilçisi 5 futbolçunu geri qaytardı

    26.05.2026 16:40:56

    AFFA PFL rəhbərliyinin qarşısına 2 şərt qoydu

    26.05.2026 16:09:45

    "Sabah" qapıçısı ilə müqaviləni yeniləmədi

    26.05.2026 15:10:50

    "Neftçi" 3 legionerə "qapını göstərdi"

    26.05.2026 15:04:18

    Azərbaycanı Poreçdə onlar təmsil edəcəklər - ADLAR

    26.05.2026 14:52:37

    "Araz-Naxçıvan"da gözlənilən ayrılıq

    26.05.2026 14:46:14

    AFFA "Qarabağ"ı 8 min cərimələdi

    26.05.2026 14:37:08

    Azərbaycan millisinin 2 oyun üçün heyəti - ADLAR

    26.05.2026 14:11:28

    Millimizə yeni futbolçu cəlb olundu

    26.05.2026 13:47:02

    Toral Bayramov "Bursaspor"un düşərgəsinə gec qoşulacaq

    26.05.2026 13:12:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved