Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sonuncu yeri tutan Premyer Liqanı tərk etməlidir" – Ayxan Abbasov
    22.05.2023 20:55:39

    "Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXXV turunda doğma meydanda "Səbail"lə 2:2 hesablı heç-heçə edib.

    Prosport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

    – Evdə son oyunumuz idi. Bu il bizim üçün çox gərgin keçdi. Hər zaman azarkeşlərin dəstəyini görürdük. Bu gün onlara qələbə hədiyyə etmək istəyirdik. Amma əsas odur ki, məğlubiyyətsizlik seriyamız davam etdi. Oyun istədiyimiz kimi alındı, qollar vurduq. Bilirdik ki, rəqib sonlarda dəyişikliklər edəcək. "Sumqayıt"la oyunda da bunu görmüşdük. Futbolçularımız yorulmuşdu. Kamal Bayramov da zədəli halda oynayırdı. Oyunumuzu artırmaq istəyirik. Bu il əsas məqsədimiz Premyer Liqada qalmaq  idi. Sevindirici odur ki, ilk gündən bəri 6-cı yerdən aşağı düşmədik. Daha yuxarıda ola bilərdik. Təcrübəsizlik imkan vermədi. İlk ilimiz pis keçmədi. Gələcək daha çətin olacaq. Çünki rəqiblər güclənəcək. Biz də güclənməliyik.

    – Komandanın heç bir hədəfi yoxdur. Futbolçuları oyunlara kökləmək çətin olmur?
    – Hələ bir dəfə də görməmişəm ki, hansısa futbolçu həvəssiz olsun. Kubokda uduzandan sonra palyardəyişmə otağında oyunçulara dedim ki, qarşıdakı 4 matç bizim üçün finaldır. 4-ündə uduzmamışıq. Ümid edirəm ki, "Qarabağ"la görüşdə də yaxşı nəticə əldə edəcəyik.

    – 2 topluq üstünlüyü əldən verməyinizin səbəbi nədir?
    – Futbolda 0:3-dən geridönüş edən komandalar da çox olub. Təcrübəsizlik, diqqətsizlik var. 1 saniyəlik diqqətsizlik qolla nəticələndi. 2-ci qolu buraxandan sonra da səhvlər etdik. Bu səhvlər onu göstərir ki, işimiz çoxdur.

    – Qışdan sonra Runi Eva daha yaxşı çıxış edir. Natan Oduvanın performansında isə düşüş hiss olunur. Bu haqda nə deyə bilərsiniz?
    – Futbolçu böyük komandada oynamaq üçün stabil olmalıdır. Çempionat uzun marafondur. Runi Eva oyun baxımından 2-ci yarıda çox fərqli oldu. Başqa futbolçular da var. Onlar yaxşı olanda oyunumuz da yaxşı alınır. Veysəl Rzayevi qeyd edərdim. Əsas miliyə layiq futbolçudur. Komandada rəqabətin olması önəmlidir. 

    – Oduvaya yeni müqavilə təklif olunub?
    – Bəli, biz təklifimizi etmişik. Kim qalmaq istəyirsə, bizim üçün xoşdur. Oduva Tovuzda çox qazandı. "Keşlə"də oynayanda qol vurmamışdı. Burada qollar vurdu, oyununu xeyli artırdı.

    – Xəyal Nəcəfovu komandada saxlayacaqsınız?
    – "Neftçi" ilə müqaviləsi var. Xəyal üçün klubuna təklifimizi göndərmişik. İnanırıq ki, problem olmayacaq. Xəyalın özü üçün də burada qalmaq yaxşıdır.

    – Sizcə, Premyer Liqanı hansısa komanda tərk etməlidir?
    – İdman prinsipi qorunmalıdır. Bu gün "Araz Naxçıvan"ın haqqına girə bilmirik. Məncə, sonuncu yeri tutan Premyer Liqanı tərk etməlidir. Bu qədər gərginlikdən sonra bu qərarı verməmək süni çıxar.

    – Gələcək üçün hədəfləriniz nədir?
    – Tək əsas komanda yox, klub inkişaf etməlidir. Bu gün Premyer Liqada möhkəmlənməliyik. Mütəmadi olaraq elitada çıxış etməliyik ki, futbolçular bura gəlmək istəsin. Yavaş-yavaş yuxarı pillələrə getmək olar. Gələn il üçün qarşımıza avrokuboklar məqsədi qoysaq, tələsik qərar olar, bizə mənfi təsir edə bilər.

    – "Tutan Tovuz" nə vaxt avrokuboklara vəsiqə qazana biləcək?
    – Bizim üçün gələn il keçid ili olacaq. Növbəti mövsümdə daha yaxşı olmalıyıq. Avrokuboklara getmək büdcədən və rəqiblərimizdən asılıdır. Çünki onlar da güclənir. İnanıram ki, 3-cü ildə daha yaxşı ola bilərik.

    Futbol

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42
    Futbol

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27
    Futbol

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25
    Futbol

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45
    Futbol

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13
    Futbol

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved