Azərbaycan boksçularının 2023-cü ildə qazandıqları medalların sayı bəlli olub.
Prosport.Az xəbər verir ki, yığma üzvləri 26 turnirdə 179 mükafat əldə edib.
Onlardan 35-i qızıl, 37-si gümüş, 107-si bürünc əyarlıdır.
Qeyd edək ki, boksçularımız ötən il 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanmışdı. Göründüyü kimi, medal sayının çoxalmasının səbəbi bu il boksçularımızın beynəlxalq yarışlarda çox iştirakıdır.

