Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Azərbaycan idmanı üçün 2023-cü il: FİASKO!
    26.12.2023 19:39:58

    2023-cü il başa çatır. Bu gün Azərbaycanın ən yaxşı 3 idmançısı seçiləcək. Lakin təəssüf hissi ilə bildirməliyik ki, bu il ölkənin ən yaxşı idmançısını seçmək müşkül məsələdir.

    Buna səbəb bu il keçirilən yarışlarda nəticələrin zəif olmasıdır. Əvvəlcə, bu il keçirilmiş böyük yarışlardakı nəticələrə nəzər salaq. Prosport.Az bu il keçirilmiş mötəbər yarışlardakı nəticələri diqqətə çatdırır:

    15-31 mart. Qadın boksu üzrə dünya çempionatı (Nyu Dehli, Hindistan) – 1 bürünc
    1-14 may. Kişi boksu üzrə dünya çempionatı (Daşkənd, Özbəkistan) – 1 gümüş, 1 bürünc
    7-14 may. Cüdo üzrə dünya çempionatı (Doha, Qətər) – 1 bürünc
    29 may – 4 iyun. Taekvondo üzrə dünya çempionatı (BAKI, AZƏRBAYCAN) – 0 medal!
    21 iyun – 2 iyul. III Avropa Oyunları (Krakuv və Mavopolska, Polşa) – 3 qızıl, 2 gümüş, 6 bürünc
    22-25 iyul. Qılıncoynatma üzrə dünya çempionatı (Milan, İtaliya) – 0 medal!
    31 iyul – 6 avqust. Kamandan oxatma üzrə dünya çempionatı (Berlin, Almaniya) – 0 medal!
    16 avqust – 1 sentyabr. Atıcılıq üzrə dünya çempionatı (BAKI, AZƏRBAYCAN) – 1 qızıl, 2 gümüş
    19-27 avqust. Atletika üzrə dünya çempionatı (Budapeşt, Macarıstan) – 0 medal!
    21-27 avqust. Badminton üzrə dünya çempionatı (Kopenhagen, Danimarka) – 0 medal!
    23-27 avqust. Bədii gimnastika üzrə dünya çempionatı (Valensiya, İspaniya) – 0 medal!
    23-27 avqust. Kanoe üzrə dünya çempionatı (Duysburq, Almaniya) – idmançımız səhhətinə görə yarışa çıxmayıb
    3-10 sentyabr. Avarçəkmə üzrə dünya çempionatı (Belqrad, Serbiya) – 0 medal!
    4-17 sentyabr. Ağırlıqqaldırma üzrə dünya çempionatı (Ər-Riyad, Səudiyyə Ərəbistanı) – 1 bürünc
    16-24 sentyabr. Güləş üzrə dünya çempionatı (Belqrad, Serbiya) – 2 qızıl, 5 gümüş
    30 sentyabr – 8 oktyabr. İdman gimnastikası üzrə dünya çempionatı (Antverpen, Belçika) – 0 medal!
    24-29 oktyabr. Karate üzrə dünya çempionatı (Budapeşt, Macarıstan) – 1 qızıl
    9-12 noyabr. Batutda tullanma üzrə dünya çempionatı (Birminqem, Böyük Britaniya) – 2 qızıl
    10-12 noyabr. Sambo üzrə dünya çempionatı (İrəvan, Ermənistan) – təhlükəsizlik səbəbindən iştirak etməyiblər
    17-26 noyabr. Kikboksinq üzrə dünya çempionatı (Albufeyra, Portuqaliya) – 4 qızıl, 1 gümüş, 6 bürünc

    Göründüyü kimi, Azərbaycan bu il 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarının proqramına daxil edilmiş idman növlərindən yalnız güləş və atıcılıqda dünya çempionu verə bilib. Lakin yunan-Roma güləşçiləri – Eldəniz Əzizli və Rafiq Hüseynovun müvafiq olaraq 55 və 82 kq çəki dərəcələrində qazandığı qızıl medallar qeyri-olimpiya çəkilərində olub. Eləcə də Bakıda keçirilmiş atıcılıq üzrə dünya çempionatında qızıl medal qazanmış Nigar Nəsirovanın çıxış etdiyi 25 metr məsafədən mərkəzə tapançadan atəş Olimpiadada təmsil olunmur. Olimpiadaya lisenziya verən batutda tullanma üzrə dünya çempionatında isə Mixail Malkinin, eləcə də Malkin, Adil Hacızadə, Tofiq Əliyev və Elnur Məmmədovdan ibarət Azərbaycan komandasının qazandığı qızıl medallar tamblinq növündə olduğundan, Paris-2024-ə vəsiqə qazanmamışıq.

    Bu il multimedia yarışları çox keçirilsə də, onlardan ən mötəbəri Polşada keçirilmiş Avropa Oyunlarıdır (MDB Oyunları və Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş Beynəlxalq Universitet İdman Festivalı ciddi yarışlar sayıla bilməz. Nazirlik ora idmançılarımızı ezam etsə də, bu yarışlar Rusiyanın təbliğinə və idmanda var olmasına hesablanmış yarışlar olub – red.). Lakin burada da qazanılan qızıl medalların 3-ü – karate (İrina Zaretskaya, Tural Ağalarzadə) və kikboksinqin (Fərid Ağamoğlanov) payına düşür. Həmçinin, İrina Zaretskayanın karatedə 3-cü dünya çempionluğu, Surət Qarayev, Sübhan Mamedov, Elvin Məmmədov və Amin Quliyevin kikboksinq üzrə dünya çempionatındakı qızıl medalları onların çıxış etdikləri idman növlərinin Paris-2024-ə salınmamasına görə böyük miqyaslı uğur kimi qələmə verilə bilməz.

    Qeyd: karatenin bu siyahıda olması Tokio Olimpiadasının proqramında yer almasına görədir. Sambo və kikboksinqin siyahıda olması isə 2028-ci ildə ABŞ-nin Los Anceles şəhərində keçiriləcək Olimpiada proqramına daxil olmaq ehtimalına görədir.

    Qeyd-2: Azərbaycan indiyədək 9 lisenziyanı rəsmiləşdirib. Atletikada çəkicatan Anna Skidan dünya çempionatında 74 metrlik məsafə limitini aşdığına görə, boksda Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) III Avropa Oyunlarında müvafiq olaraq yarımfinala və finala çıxmaqla, bədii gimnastikada Azərbaycan dünya çempionatında ilk "15-liy"ə düşməklə, güllə atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada gümüş medal qazanmaqla, taekvondoda Həşim Məhəmmədov (58 kq) "Böyük Dəbilqə" Seriyası reytinqi vasitəsilə, sərbəst güləşdə Məhəmmədxan Məhəmmədov (97 kq) və yunan-Roma güləşində Həsrət Cəfərovla (67 kq) Sənan Süleymanov (77 kq) dünya çempionatında ilk 5 idmançı arasına düşməklə Olimpiadaya lisenziya qazanıb.

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" Qəbələ səfərində, "Qarabağ" "Neftçi"yə qarşı

    17.10.2026 10:00:07

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12

    "Sumqayıt" - "Araz-Naxçıvan" :HEYƏTLƏR

    16.10.2026 18:12:32

    "Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək" - Azər Bağırov

    16.10.2026 17:47:30
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved