Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Millimizin baş məşqçisi: "Avropa çempionatı üçün yeni legionerlər cəlb oluna bilər"
    21.05.2023 09:10:47

    Qadın voleybolçulardan ibarət millimizin yeni baş məşqçisi Ataman Güneyligilin Prosport.Az saytına müsahibəsi

    – Sizin təqdimatınızın keçirildiyi mətbuat konfransı zamanı ad çəkmədiniz. Sizə millimizdə çalışmaq təklifi kimi tərəfindən gəldi?
    – Təklif federasiya prezidenti Şahin Bağırovun vasitəsilə Bəhruz (federasiyanın vitse-prezidenti Bəhruz Quliyev) və Elqar bəydən (İdarə Heyətinin üzvü Elqar Bağırov) gəldi. Danışıqlar çox tez baş tutdu və 10 günə hər şeyi razılaşdırdıq.

    – Əslində bu kimi suallardan məşqçilər xoşlanmır. Bura gəlməzdən əvvəl "Qalatasaray"da baş məşqçi işləmisiniz. Oradakı maaşla Azərbaycandakı maaş arasında fərq nə qədərdir?
    – Bu sualdan həqiqətən xoşum gəlmir (gülür). Ciddi fərq yoxdur. Demək olar ki, eynidir. Azərbaycandakı müqaviləm 3 illikdir. Amma "Qalatasaray"da 12 il işləmişəm. Növbəti mövsüm üçün də müqaviləm qalırdı, ancaq özüm qalmaq istəmədim. 

    – Azərbaycan macərasından sonra digər klubda fəaliyyətinizi davam etdirəcəksiniz. O hansı klubdur?
    – Yeni mövsüm üçün Yunanıstanın PAOK klubu ilə anlaşmışam. Avqustun sonunadək Azərbaycan millisində çalışacağam, ondan sonra Yunanıstanda fəaliyyətimə başlayacağam.

    – 3 aylıq fəaliyyətiniz müddətində ailənizi də bura gətirəcəksiniz?
    – Yox. Ailəm burada olmayacaq, İstanbulda qalacaq. Özüm Bakıda olacağam. Avropa çempionatınadək komanda ilə ölkə xaricində təlim-məşq toplanışında da olacağıq.

    – Avropa çempionatı üçün yeni legionerlərin komandaya cəlb olunması nəzərdə tutulubmu?
    – Onu indi deməyim. Amma ola bilər. 1 həftə içində bəlli olacaq. Öncə onlar ikinci komandaya qoşulacaqlar. Orada bəyəndiyimiz oyunçuları əsas milliyə çağıracağıq (bizdə olan məlumata görə, həmin oyunçular Rusiyadandır – S.M.). 

    – 3 ay müddətində komandanı Avropa çempionatına hazır duruma gətirmək mümkün olacaqmı?
    – Mümkündür. Bizdə çox yaxşı oyunçular var və komanda qrup mərhələsindən çıxa biləcək potensialdadır. Millidə həqiqətən yaxşı oyunçular var. Rumıniya, Türkiyədə tanıdığım səviyyəli oyunçular çıxış edir.

    Səbuhi Musa

    Top oyunları

    Millimizin kapitanı Riqada mükafatlandırıldı

    23.11.2026 18:46:09
    Basketbol

    Basketbol Federasiyası yeni əməkdaşlığa start verdi

    23.11.2026 17:19:15
    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    De Yonq Bakıda sualları cavablandıracaq

    23.11.2026 23:41:01

    Finlandiyalı FIFA referisi Bakıya gəlir

    23.11.2026 23:12:10

    "Sabah" - "Barselona": İspanlar Bakıda da qol buraxacaq?

    23.11.2026 22:40:34

    "Sabah"la oyun öncəsi "Barselona"da narazılıq

    23.11.2026 22:14:42

    Abasov fərqi artırdı, Beydullayeva lideri məğlub etdi

    23.11.2026 21:48:30

    "Barselona" Bakıya gəldi

    23.11.2026 21:12:11

    2031 və 2035-ci il dünya çempionatlarına bu ölkələr ev sahibliyi edəcək

    23.11.2026 20:42:55

    Yüksək və I Liqalarda ilk turun nəticələri

    23.11.2026 20:20:16

    İlk dəfə təşkil olunacaq Qran-pridə 2 cüdoçumuz mübarizə aparacaq

    23.11.2026 19:48:41

    "Qarabağ"da yeni transferlər - Rəhbərlik ekstra büdcə ayırdı

    23.11.2026 19:22:44

    Millimizin kapitanı Riqada mükafatlandırıldı

    23.11.2026 18:46:09

    II Liqa: "Marafon" və "Şəmkir"dən qələbə

    23.11.2026 18:15:17

    UEFA "Sabah"ın legionerinin cəzasını açıqladı

    23.11.2026 17:46:23

    Basketbol Federasiyası yeni əməkdaşlığa start verdi

    23.11.2026 17:19:15

    "Barselona" Bakıda 22 futbolçu ilə gəlir - ADLAR

    23.11.2026 16:47:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved