Minifutbol üzrə Azərbaycan çempionatında I turun oyunları keçirilib.
Prosportr.Az xəbər verir ki, son çempion “Birbaşa Bakı” mövsümə qələbə ilə başlayıb.
Həmçinin “Zirə” də hesabına 3 xal yazdırıb. Yeni yaradılan və heyəti veteran futbolçulardan təşkil olunan, Əfran İsmayılovun lideri olduğu “İnter” də ilk rəsmi matçında qələbə qazanıb.
Azərbaycan çempionatı
I tur
“Real Bakı” – “Atəşgah” 4:3
“Abşeron” – “Birbaşa Bakı” 1:5
“Turan” – “Galaxy” 4:2
“Veteran” – “Baku Fire” 7:1
“Dinamo Gəncə” – “Siyəzən” 4:3
“İnter” – “Sumqayıt” 4:2
“Zirə” – “Odlar Yurdu” 4:1
“Dirçəliş” – “Aznur” 1:5